Mobil versiya
Fəxrəddin Altun: Ərdoğan müqavimət göstərməsəydi, FETÖ Türkiyəni işğal edəcəkdi
Tarix: 12-02-2020 | Saat: 12:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

Fəxrəddin Altun:


Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun FETÖ-yə qarşı başladılan təmizləmə əməliyyatlarına şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən göstəriş verildiyini və Ərdoğanın mübarizəsinin yalnız ölkə daxilində deyil, xaricdə də davam etdiyini bildirib.

Trend-in məlumatına görə, "Twitter" hesabından FETÖ-yə qarşı mübarizə ilə bağlı paylaşım edən F.Altun bunları qeyd edib: “FETÖ-yə qarşı başladılan təmizləmə əməliyyatlarına şəxsən Prezidentimiz Rəcəb Tayyib Ərdoğan göstəriş verib. R.T.Ərdoğan müqavimət göstərməyib təslim olsaydı, demokratik hakimiyyəti tarixin arxivinə göndərməyi hədəfləyən və məkirli əməllərini 50 il ərzində addım-addım həyata keçirən FETÖ Türkiyəni tamamilə işğal edəcəkdi.”

Altun vurğulayıb ki, siyasət, ədliyyə, maliyyə, hərbi və təhlükəsizlik sahəsi başda olmaqla dövlətin kapilyar damarlarına gizlicə sızan terror təşkilatının məkirli və qanlı planlarını boşa çıxardan, prosesi ilk andan idarə edən və izləyən də məhz Prezident Ərdoğan olub.

FETÖ-nun dövlətə qarşı xəyanət addımlarından olan 7 fevral MİT əməliyyatı, 17 dekabr çevriliş cəhdi, 25 dekabr iqtisadiyyatı çökdürmə cəhdi və 15 iyul işğal cəhdinin Prezident Rəcəb Tayyib Ərdoğanın dik duruşu və xalqın iradəsinə sahib çıxması ilə məhv edildiyini vurğulayan Fəxrəddin Altun “Hörmətli Prezidentimizin mübarizəsi yalniz ölkə daxilində deyil, xaricdə də davam etmiş, bütün xarici səfərlərinin və diplomatik təmaslarının ən əhəmiyyətli mövzusu FETÖ ilə mübarizə olmuşdur. Unutmamalıyıq ki, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhdlə bağlı müraciət edərək xalqı meydanlara dəvət etmiş və 15 iyul qaranlıq gecəsini işıqlandırmışdır. Milləti ilə çiyin-çiyinə duran lider üsyankarları meydandan süpürüb atmışdır.

Prezidentimizin rəhbərliyi altında dövləti ələ keçirməyə, milləti əsir almağa, ölkəmizi işğal etməyə can atmış FETÖ ilə mübarizəmiz, öz çirkin ambisiyaları ilə birlikdə tamamilə aradan qaldırılana qədər davam edəcəkdir. FETÖ-nün yaradıcılarından, dəstəkləyənlərindən və tətikçilərindən hesab soruşulacaq. Qəyyumlarla, terrorçularla mübarizəmiz davam edəcək. Bu mübarizəyə zərər verənləri, iş birliyində olanları və oyun içində hərəkət edənləri nə millətimiz nə də tarix bağışlayacaq”, - deyə bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024