Mobil versiya
Azərbaycanda boşanma halları artıb
Tarix: 12-02-2020 | Saat: 12:31
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda boşanma halları artıb


2019-cu ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63869 nikah və 17148 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən aia.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb. Boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Əhalinin hər 1000 nəfərinə nikahlar Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olub.

Boşanmalar isə Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024