Ana Sayfa > Ölkə > Azərbaycanda boşanma halları artıb
Azərbaycanda boşanma halları artıb12-02-2020, 12:31. Yazar: sevinc1 |
2019-cu ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63869 nikah və 17148 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən aia.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb. Boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb. Əhalinin hər 1000 nəfərinə nikahlar Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olub. Boşanmalar isə Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub. aia.az Geri dön |