Mobil versiya
Formula 1 kimi beynəlxalq əhəmiyyətli yarışlar Bakını dünyada təbliğ edir – Eldar Əzizov
Tarix: 12-02-2020 | Saat: 11:34
Bölmə:Manşet / İdman | çapa göndər

Formula 1 kimi beynəlxalq əhəmiyyətli yarışlar Bakını dünyada təbliğ edir –



Formula 1 kimi beynəlxalq əhəmiyyətli yarışlar həm Bakını dünyada təbliğ edir, həm də şəhər sakinləri bu yarışları çox böyük maraqla izləyir.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda beynəlxalq konfransda deyib.

İcra başçısı bildirib ki, Azərbaycanda mövcud olan sabitlik və inkişaf nəticəsində belə bir tədbiri keçirmək mümkün olur: “Bunun müsbət tərəflərini görməkdəyik. 2016-cı ildən indiyədək turistlərin sayı 4 dəfə artıb. 2016-cı ildə 144 otel var idisə, indi 200-dən çoxdur.

Belə əhəmiyyətli tədbirlər həm Bakını dünyada təbliğ edir, həm də sakinlərimiz böyük sürətlə dünyaya inteqrasiya edirlər. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Bu il də yüksək səviyyədə Qran-pri keçirəcəyimizə əminəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024