Mobil versiya
Azərbaycanda məmur vətəndaşdan rüşvət olaraq 1100 manat və 4 qoyun aldı - Sensasion iddia (Özəl)
Tarix: 17-02-2016 | Saat: 15:23
Bölmə:Parlament / Manşet / Karusel | çapa göndər

Azərbaycanda məmur vətəndaşdan rüşvət olaraq 1100 manat və 4 qoyun aldı - Sensasion iddia (Özəl)

Azərbaycanda dövlət məmuru vətəndaşdan rüşvət olaraq 1100 manat və 4 qoyun alıb.

Bunu Laçın rayon Alxaslı kənd sakini Cəfərov Arzuman Daşdəmir oğlu iddia edir.

Avropa.info-ya açıqlamasında Arzuman Cəfərov bildirir ki, 2013-cü ildə çalışdığı Laçın rayon Yaşıllaşdırma İdarəsinin rəisi Vahid Əliyevə həyat yoldaşını həmin idarədə işə düzəltmək üçün, 1100 manat və 4 qoyun verib.

"Lakin, Vahid Əliyev nəinki aldğı rüşvətin müqabilində həyat yoldaşımı işə düzəltmədi, hətta bir müddət sonra məni də işdən azad etdi"

Arzuman Cəfərov deyir ki, 2013-cü ildən bu yana Vahid Əliyevə verdiyi pulu və qoyunları geri ala bilmir.

"Bununla bağlı Laçın rayon prokuroru Ceyhun Almasova da müraciət etmişəm. Prokuror Vahid Əliyevi də dəvət etdi bə o məndən 1100 manat və 4 qoyun aldığını etiraf etdi. Prokurorun yanında dedi ki, aldıqlarını qaytaracaq. Prokuror müstəntiqlərdən birinə bu işi yoluna qoymağı tapşırdı. Lakin, bir müddət sonra həmin müstəntiq mənə bildirdi ki, guya mən 1100 manatı və 4 qoyunu hədiyyə olaraq idarə müdirinə vermişəm. Hətta dedi ki, "sən hədiyyə olaraq verdiyini niyə geri istəyirsən". Axı 1100 manat və 4 qoyun necə hədiyyə ola bilər? Mənim nə imkanım var ki, bu məbləğdə olan pulu və 4 qoyunu kiməsə hədiyyə verim?" deyə Arzuman Cəfərov qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024