Mobil versiya
Prezident İlham Əliyev İran Prezidentini təbrik edib
Tarix: 10-02-2020 | Saat: 17:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev İran Prezidentini təbrik edib


Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyirəm".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024