Baş həkimdən nazirə şikayət etmək istəyirdi... - Dedilər, sözünü elə baş həkimə de... - VİDEO
Tarix: 05-02-2020 | Saat: 11:28
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Ucar şəhəri Heydər Əliyev küçəsi ev 99 mənzil 1-də yaşayan Hüseynov Namiq İnqilab oğlu və Ucar şəhəri H.Aslanov küçəsi ev 31-də yaşayan Şükürzadə Vüsal Xalif oğlu tərəfindən Prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Prezident, nazirlərin yanvar ayı üçün qəbul günlərinə uyğun olaraq Səhiyyə Naziri Oktay Şirəliyevin 24 oktyabr 2020-ci ilin yanvar tarixində Ucar şəhərində qəbul keçirilməsi ilə bağlı saytlardan məlumat aldıqdan sonra nazirin özünə teleqramla müraciət edərək qəbuluna yazıldıq. 24 tarixində Ucar RMX-nın binasında bizi Ucar RMX-nın baş həkimi Zeynal Bayramlı və polis qarşıladı və bizə bildirdilər ki, nazir sizi qəbul etməyəcək. Zeynal Bayramlı bizə bildirdi ki, «sizi mən qəbul edəcəm, bütün şikayətlərinizi mənə edə bilərsiniz»
Biz qəbula ona görə yazılmışdıq ki, Ucar RMX-da olan özbaşınalıqlara və qanunsuzluqlara göz yuman baş həkim Zeynal Bayramlıdan nazir Oktay Şirəliyevə şikayət edək. Buna görə teleqramda vurmuşuq. Baş həkim Zeynal Bayramlı həftənin beş günü hər gün səhər saat doqquzdan beşə kimi xəstəxanada olur. Onun qəbuluna düşmək üçün teleqrama nə ehtiyac vardı ki? Eyni zamanda Ucar MRX-nın baş həkimindən özünə necə şikayət edə bilərik?
Cənab Prezident, Siz mərkəzi icra hakimiyyəti orqanlarına ciddi tapşıqrıq vermisiniz ki, vətəndaşları yaşadıqları regionlarda qəbul edib şikayətləri dinlənilsin və qanuna müvafiq olaraq tədbirlər görülsün. Bu Sizin biz vətəndaşlara göstərdiyiniz diqqət və qayğıdır.Bunu biz ölkənin vətəndaşı olaraq alqışlayırıq. Lakin Oktay Şirəliyev və baş həkim Zeynal Bayramlı sizin bu tapşırığınıza əməl etmək əvəzinə biz vətəndaşların hissiyyatı ilə oynayırlar. Bizə qarşı olunan bu hərəkəti özümüzə qarşı təhqir hesab edirik. Eyni zamanda bu hərəkət sizə və dövlətə qarşı edilmiş bir xəyanətdir. Qeyd edək ki, həmin qəbula gələn xəstə, əlsiz-ayaqsız şikayətçilərin hansı formada qarşılanmasının videosu çəkilib.Onuda mətbuata veririk ki, Səhiyyə Nazirliyinin rəhbərliyi başqa bəhanələr uydurmasınlar".
aia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-11-2024
12-11-2024