Mobil versiya
Lukaşenko Putinə səsləndi: “Niyə bizi aldadırsınız?” - (Yenilənib)
Tarix: 04-02-2020 | Saat: 16:26
Bölmə:Dünya | çapa göndər

Lukaşenko Putinə səsləndi:

Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 7-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Azvision.az -ın “Belta"ya istinadən verdiyi məlumata görə, Lukaşenko jurnalistlərə açıqlamasında bildirib ki, Putinlə görüşü fevralın 7-də baş tutacaq.

"Mən belə başa düşürəm və bu barədə onunla açıq danışacağam ki, həqiqət anı gəldi. Biz onunla yaxşı münasibətlər yaratdıq. Bu, münasibətlərin memarı idik, siyasi karyeramızın sonunda onları qırmamalıyıq. Biz əbədi deyilik. Özümüzdən sonra nə buraxacağıq – məsələ bundan ibarətdir", - deyə Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, Belarus qardaş Rusiya xalqı ilə ən isti, mehriban, dostluq münasibətlərinin tərəfdarıdır: "Ancaq 5 il müddətində (“Beltransqaz”ı satın alanda) bizə daxili qiymətlər tətbiq edəcəklərinə söz vermişdilər, indi əməl etsinlər. Niyə bizi aldadırsınız? Yaxud, aldatmırsan, amma düşünürsən ki, biz bunu unutmuşuq. Biz yalnız vicdanlı, təmiz, şəffaf münasibət istəyirik. İstəmirsinizsə, bizə bu barədə deyin. Və qışqırmayın: "Pompeo (ABŞ dövlət katibi) gəldi. Sabah Tramp gələcək ... Onlar nə edəcəklər?".

Lukaşenko vurğulayıb ki, Belarus suveren və müstəqil ölkə olaraq hansı xarici siyasəti aparacağını özü müəyyənləşdirir: "Yoxsa biz bununla Rusiyaya zərər verdik? Yox".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024