Mobil versiya
Oğlu və yaxınları həbsdən çıxan İqbal Məmmədov Prezidentə təşəkkür etdi
Tarix: 31-01-2020 | Saat: 18:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Oğlu və yaxınları həbsdən çıxan İqbal Məmmədov Prezidentə təşəkkür etdi


Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Həbs olunanlar azadlığa çıxıb.

“Ölkə. Az” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işi üzrə məhkəmə olub və onlar azadlığa buraxılıb. “Ölkə.Az”a danışan İqbal Məmmədov bildirib ki, 6 ay müddətində istintaq araşdırması gedib: “İstintaq araşdırması başa çatdığından məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilib. Məhkəmə Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatları və humanizm prinsiplərini rəhbər tutaraq onları həbsdən azad etdi. Bu bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm. Bu addıma görə Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə