Mobil versiya
170 min dollara vəzifə satan şəxsin adı açıqlandı
Tarix: 15-02-2016 | Saat: 13:29
Bölmə:Parlament / Manşet / Karusel | çapa göndər


İmanov dələduzluqda ittiham olunur.

Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri dələduzluqda ittiham olunur.

Oxu.Az-ın məlumatına görə, bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkələrdə məlumat paylaşıb.

Vəkil qeyd edib ki, Azərbaycanda Dövlət Komitəsinin aparat rəhbəri vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb.

Sonra isə ölkədən qaçıb. Vəkil həmin komitənin və pulu alan vəzifəli şəxsin adını açıqlamayıb.

APA-nın əldə etdiyi məlumata görə, dələduzluqda ittiham olunan şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovdur.

Onun haqda araşdırma aparılması üçün Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə fevral ayının əvvəlində müraciət edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024