Mobil versiya
Aqiyə Naxçıvanlının seçicilərlə görüşləri davam edir - FOTOLAR
Tarix: 27-01-2020 | Saat: 17:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aqiyə Naxçıvanlının seçicilərlə görüşləri davam edir


Yanvar ayının 27-də 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kompaniyası çərçivəsində rayonun ən ucqar kəndlərindən olan Filfilli və Xaçmaz kəndində seçicilərlə görüşdü.

aia.az xəbər verir ki, yüksək səviyyədə keçən görüş zamanı deputatlığa namizədin vəkilləri çıxış edərək ölkədə gedən quruculuq işlərindən, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan danışdılar. Aqiyə Naxçıvanlı namizədi olduğu Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verdi.

Xaçmaz kəndındə seçicilər Aqiyə xanımı böyük coşqu və izdihamla qarşıladılar. Səmimi şəraitdə keçən görüşdə kənd sakinləri Elza Gülməmmədova, Elçin Hacıyev, Arif İsayev, İbrahim Qocayev, Filfilli kəndindən seçicilər Füzuli Tağıyev, İlkin Ağayev, İlqar Məmmədov və başqaları Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildirdilər və daim dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırdilar. Onlar deputatlığa namizəd Aqiyə Naxçıvanlıya dəstək ifadə etdilər.

Bundan əvvəlki deputatlığı dövründə Milli Məclis tribunasından Filfilli və Xaçmaz kəndilərinin problemlərini dəfələrlə səsləndirdiyinə və həllində onlara etdiyi köməkliklərə görə seçicilər Aqiyə xanıma minnətdarlıqlarını bildiridlər.

Sonda Aqiyə Naxçıvanlı seçiciləri dinlədi, onların problemləri ilə maraqlandı və daha güclü Azərbaycan naminə fevralın 9-da keçiriləcək seçkilərdə fəal olmağa çağırdı.

aia.az
























Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024