Mobil versiya
“Niyyət seçilmək deyil, özlərini göstərirlər” - DEPUTATLIĞA NAMİZƏDLƏRƏ BU İRAD DOĞRUDURMU
Tarix: 27-01-2020, 15:34 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

“Niyyət seçilmək deyil, özlərini göstərirlər” -


9 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir.

Namizədlər son dövrün ən populyar vasitəsi - sosial şəbəkələrin gücündən daha çox istifadə etməyə üstünlük verir. Bəs, medianın hansı növü namizədə real seçici qazandırır? Hansı təbliğat forması daha effektivdir?



Mövzu ilə bağlı Modern.az-a danışan PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba deyir ki, namizədlər sosial şəbəkələrdə ümumi təbliğat aparmaqla seçkidə uğur qazana bilməz:



“Onlara səsi bütün ölkə verməyəcəyinə görə namizəd olduğu şəhərdə, rayonda yaşayan əhali informasiyanı hansı mənbədən əldə edirsə, o media vasitəsi üzərindən kommunikasiya qurmaq daha yaxşı olar. Hansısa bölgənin qəzeti, televiziya kanalları vasitəsilə çıxış etmək olar. Yaxud da bölgədə yayımlanan radio varsa, onun vasitəsilə. Əlbəttə ki, sosial media kanallarını sırf həmin ərazi üzrə yönləndirməklə təbliğat aparmaq daha uğurlu alınar, nəinki ümumrespublika səviyyəsində pul, enerji xərcləməklə. Sosial şəbəkələrdə ümumi təbliğat aparmaq onlara sadəcə populyarlıq qazandıra bilər. Bəlkə də namizədin məqsədi hansısa bölgədən deputat seçilmək yox, Bakıda hansısa bir kütləyə “Mən deputatlığa namizədəm” mesajı verməkdir. Mən Tovuzdan olan namizədin təbliğatını Bakıdan görürəmsə, bəlkə də onun niyyəti heç Tovuzdan seçilmək yox, Bakıda hansısa kütləyə özünü göstərməkdir. Bəlkə də gələcəkdə müəyyən auditoriya ilə bağlı planları var, sadəcə seçkilərdən şəxsi piarı üçün istifadə edir.

Ümumi mənzərə bundan ibarətdir ki, namizədlər ümümrespublika səviyyəli medialara çıxırlar, buna daha çox vəsait xərcləyirlər. Amma onların böyük əksəriyyəti hədəfə, seçiciyə yönəlmiş deyil. 5-10 faizin təbliğatı seçiciyə çatırsa, qalan 90-95 faizinki isə onun seçilib-seçilməyəcəyində payı olmayan auditoriyaya çatdırılır”.



PR menecer, deputatlığa namizəd Nəsimi Paşayev isə məsələyə öz təcrübəsi ilə münasibət bildirib:



“Bu namizədin təbliğat apardığı bölgəyə görə dəyişir. Cənubda, şimalda, Aranda vəziyyət daha fərqlidir, Bakı şəhərində isə vəziyyət tamamilə fərqlidir. 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən namizədəm. Məsələn, burada, çox təəssüf ki, sadəcə bir neçə verilişə baxırlar, qəzet materialı, ümumiyyətlə, oxuyan yoxdur. İnsanlar informasiyanı ancaq internet üzərindən əldə edir. Biz də maksimum dərəcədə çalışırıq ki, təbliğatımızı bu istiqamətdə aparaq. Hədəf kütləmiz bəllidir. Onların baxdığı ancaq Yutub, Feysbuk, İnstaqram, bir də bəzi xəbər saytlarıdır”.



aia.az



579 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-02-2020
21-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}