Mobil versiya
Yığmamızın hücumçusu Yaponiyada ən dəyərli oyunçu seçildi
Tarix: 15-02-2016 | Saat: 12:11
Bölmə:İdman / Aia TV / Karusel | çapa göndər



Qadın voleybolçular arasında Yaponiya çempionatının II mərhələsində II turun oyunları keçirilib

Aia.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu "Toyota" "Hisamitsu"nun qonağı olub.

Qarşılaşma təmsilçimizin komandasının asan qələbəsi ilə başa çatıb. "Toyota" rəqibinə 1 set belə güzəştə getməyib - 3:0 (27:25; 25:22; 27:25).

Görüşün ən dəyərli oyunçusu seçilən Rəhimova 33 xal toplayıb. O, bunlardan 27-sini hücumda, 4-nü blokda və 2-sini eylə qazanıb.

Beləliklə, ikinci oyununu da qələbə ilə başa vuran "Toyota" 5 xalla turnir cədvəlində ikincidi.

Polinanın komandası növbəti turda lider "Hitaçi" ilə üz-üzə gələcək. Oyun fevralın 20-də olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024