Mobil versiya
"Ermənistan qanunsuz fəaliyyətlər həyata keçirir"
Tarix: 14-02-2016 | Saat: 18:17
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Ermənistan işğal etdiyi beynəlxalq nəzarətdən kənar ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirir.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizi iyirmi ildən artıqdır ki, erməni işğalı altındadır: “İnsanlarımızdan başqa, bundan təbiət də əziyyət çəkir. Beynəlxalq nəzarətdən kənar bu ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirilir. Xüsusilə meşə zolaqları qırılır. Çünki bu ərazi özünün qədim ağacları ilə məşhurdur. Ona görə də, onlar kommersiya məqsədləri üçün qırılır”.

Azərbaycan prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən böyük iqlim təhdidi odur ki, ölkəni su ilə təmin edən çayların əksəriyyəti qonşu ölkələrdən gəlir: “Araz çayı Ermənistan tərəfindən çirklənir və bu da bizim hamımız üçün təhlükədir. Bu çirkləndirməni dayandırmaq barədə müraciətlərə baxmayaraq, Ermənistan bu əməlini davam etdirir. Biz işğalı davam edən ölkə tərəfdən daha çox anlayışın olmasını istərdik. Yanvarda AŞPA Ermənistanın qonşu regionlara su təminatı zamanı problem yaratmasını pisləyən qətnamə qəbul edib. Dağlıq Qarabağın de-fakto Azərbaycanın nəzarətində olduğu zaman orada tikilən su anbarı sivil insanlara problem yaratmaq məqsədləri üçün istifadə edilir. Kür və Araz çaylarından Azərbaycana su təminatı kritikdir. Biz dağlarımızdan Bakıya su boruları çəkmişik. Ona görə də, qonşularımızdan asılılığımız azdır. Lakin yenə də, bu problem olaraq qalır. Ancaq eyni zamanda bizim Xəzər dənizi kimi böyük ehtiyatımız var. Biz Xəzər dənizinin suyundan ilkin olaraq irriqasiya, daha sonra içməli su kimi istifadə edilməsi üçün pilot layihəyə başlamağa hazırıq”.

Azərbaycan prezidenti bildirib ki, Azərbaycan qazlaşdırma siyasətini davam etdirir: “Bu gün biz elektrik enerjisi üçün qaz və sudan istifadə edirik. Bu bizim töhfəmizdir. Baxmayaraq ki Azərbaycanın Kioto protokolu qarşısında heç bir öhdəlikləri yoxdur. Bizim bu işə sadiqliyimiz böyükdür və müstəqilliyimizin bu illərində gördüyümüz işlər onu göstərir ki, biz bu sahədə etibarlı tərəfdaşıq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024