Mobil versiya
Heydər Əliyevin silahdaşı vəfat etdi
Tarix: 14-02-2016 | Saat: 14:26
Bölmə:Parlament / Manşet / Karusel | çapa göndər

Heydər Əliyevin silahdaşı vəfat etdi
Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynova ağır itki üz verib

N.Hüseynovun atası Sabir Hüseynov dünyasını dəyişib.

Nazir müavinin atası Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin yaxın silahdaşı olub.

Sabir Hüseynov 25 yaşında ikən Kirovabadın (indiki Gəncə) prokuroru təyin edilib, sonradan Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Şəxsən Heydər Əliyevin təkidi ilə Azərbaycan Kommunist Partiyasının mərkəzi aparatında inzibati şöbənin müdiri vəzifəsinə gətirilir ki, respublikanın bütün güc strukturları həmin şöbəyə tabe idilər.

Sabir Hüseynov son nəfəsinə kimi Heydər Əliyevə və onun ideyalarına sadiq qalıb. Məhz o, insanları toplayaraq, Binə hava limanında Heydər Əliyevin qarşılanmasını təşkil etmişdi.

Sabir Hüseynovun cənazəsi sabah saat 10-da Təzəpir məscidindən götürüləcək. (haqqın.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024