Mobil versiya
Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb
Tarix: 14-01-2020 | Saat: 12:08
Bölmə:Ölkə | çapa göndər

Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb


20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən, Şəhidlər Xiyabanında yenidənqurma və bərpa işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən aia.az-a verilən məlumata görə, faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Şəhidlər Xiyabanı və ətrafında təmizlik və abadlıq işləri aparılır. İşlər yanvarın 19-da yekunlaşacaq.

Artıq Şəhidlər Xiyabanına ziyarətçi axını da çoxalıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” təsdiq edilib.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə