İcra başçısı yeni ildə ilk səyyar qəbulunu keçirib
Tarix: 10-01-2020 | Saat: 15:54
Bölmə:Ölkə | çapa göndər
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 2020-ci ildə ilk səyyar qəbul görüşünü yanvarın 9-da rayonun Şıxəkəran kəndində keçirib.
aia.az xəbər verir ki, Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmi şəxslərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbulu sakinlər məmnunluqla qarşılayıblar.
Qəbul zamanı vətəndaşların müraciətləri həssaslıqla dinlənilərək səsləndirdikləri məsələlər aidiyyəti qurumların rəsmilərinin iştirakı ilə yerindəcə araşdırılıb və həlli ilə bağlı tədbirlər görulub. Qəbul zamanı vətəndaşlar əvvəlki müraciətləri zamanı qaldırdıqları məsələlərin vaxtında həll olunmasına, kəndə içməli su xəttinin çəkilməsinə, mərkəzin yolun başdanbaşa asfaltlanmasına, kəndin fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təchizatına, xüsusilə ilə qəzalı vəziyyətdə olan Şıxəkəran kənd tam orta məktəbi üçün ən müasir tələblərə cavab verən yeni yaraşıqlı çoxmərtəbəli məktəb binasının tikilməsinə, intensiv yağışlar zamanı subasmaya məruz qalan ərazilərdə kanal və kollektorların təmizlənməsinə görə ölkə rəhbərliyinin ünvanına minnətdarlıq ifadə ediblər.
Çıxışlarda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, mədəni quruculuq tədbirləri, sahibkarlığın inkişafına verilən dəstək, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib. Qeyd olunub ki, ötən təsərrüfat ilində kənd sakinləri aqrar sahədə uğurlu nəticələr qazanıblar, fərdi təsərrüfatlarda əkin sahələri genişləndirilib, iribuynuzlu və xırda buynuzlu malqaranın sayı əvvəlki illərə nisbətən artıb. Nəticədə ailə təsərrüfatlarının gəlirləri çoxalıb.
Görüşün sonunda İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tövsiyyə və tapşırıqlarını bir daha aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024
19-11-2024