Mobil versiya
“Azərenerji” ASC bayram günlərində iş rejimini daha da gücləndirəcək
Tarix: 30-12-2019 | Saat: 10:41
Bölmə:Ölkə | çapa göndər

“Azərenerji” ASC bayram günlərində iş rejimini daha da gücləndirəcək


İlin 365 günü 24 saat fasiləsiz olaraq elektrik enerjisi istehsal etdiyindən hər zaman növbətçilik prinsipi ilə fəaliyyət göstərən “Azərenerji” ASC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı iş rejimini daha da gücləndirəcək. Bununla bağlı qabaqlayıcı tədbirlər görülüb.

“Azərenerji” ASC-dən aia.az-a verilən məlumata görə, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə mərkəzi aparat üzrə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib, eyni zamanda elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işini, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.

“Azərenerji” ASC bayram münasibətilə Azərbaycan xalqını təbrik edir, firəvan həyat, işıqlı və uğurlu gələcək arzulayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024