Mobil versiya
AAYDA – yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən işlərin intensivliyi getdikcə artır
Tarix: 30-12-2019 | Saat: 10:27
Bölmə:Manşet / Ölkə | çapa göndər

AAYDA – yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən işlərin intensivliyi getdikcə artır



Bu gün ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da sistemli və davamlı tədbirlərin həyata keçirilməsi öz səmərəsini göstərməkdədir. Hazırda həm paytaxt Bakıda, həm də regionlarda bu sahədə vəziyyət kökündən dəyişmiş, dövlət başçımızın sərəncamları ilə ayrılan vəsaitlər yol-nəqliyyat infrastrukturunun dinamik inkişafına yol açmışdır. Yol infrastrukturunun inkişafı ilə bağlı dövlət tapşırıqlarının effektiv icrası istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi və keyfiyyəti ildən-ilə artır.

Cari ilin 11 ayı ərzində paytaxtın 267 km uzunluqda qəsəbədaxili küçə və yolları təmir edilib




Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə 2019-cu ilin ilin 11 ayı ərzində Sabunçu rayonunda 91.6 km uzunluğunda 567 min kv.m sahəyə, Xətai rayonunda 17.7 km uzunluğunda 201 min kv.m sahəyə, Yasamal rayonunda 7.4 km uzunluğinda 151 min kv.m sahəyə, Binəqədi rayonunda 26.2 km uzunluğunda 272 min kv.m sahəyə, Səbail rayonunda 14 km uzunluğunda 100 min kv.m sahəyə, Nizami rayonunda 4.4 km uzunluğunda 73 min kv.m sahəyə, Nərimanov rayonunda 10.7 km uzunluğunda 183 min kv.m sahəyə, Xəzər rayonunda 51 km uzunluğunda 363 min kv.m sahəyə, Suraxanı rayonunda 14 km uzunluğunda 104 min kv.m sahəyə, Pirallahı rayonunda 7.3 km uzunluğunda 50 m in kv.m sahəyə, Qaradağ rayonunda 20.6 km uzunluğunda 194 min kv.m sahəyə və Nəsimi rayonunda 2.1 km uzunluğunda 61 min kv.m sahəyə asfalt-beton örtüyü döşənib. Ümumilikdə cari ilin 11 ayı ərzində Bakı şəhərinin 12 rayonu üzrə 267 km uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 322 min 500 kv.m sahəsində asfaltlama işləri aparılıb.

Dostluq körpüsü istifadəyə verilib



Dekabrın 24-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilib. Körpünün açılış mərasimində hər iki ölkənin hökumət nümayəndələri iştirak ediblər. Açılış mərasimində Azərbaycan və Rusiya arasındakı uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərindən danışılıb, həyata keçirilən infrastruktur layihələrinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olmaqla,ticarət əməliyyatlarının genişlənməsinə də səbəb olacaq. Eyni zamanda, körpünün açılışı turizmin inkişafına da təkan verəcək, insanların gediş-gəlişini asanlaşdıracaq. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Samur çayı üzərində yeni avtomobil körpüsü Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə təşəbbüsü nəticəsində tikilərək istifadəyə verilib. Belə ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası saziş imzalanıb. İnşaat işlərinin xərclərinin 50 faizi Azərbaycan, 50 faizi isə Rusiya hökuməti tərəfindən ödənilib.



Mərasimdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkədə bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur. Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal iştirak edir. Rusiya tərəfi ilə birgə Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın reallaşdırdığı infrastruktur layihələrindən biridir. Müasir standartlara cavab verən yeni körpü 1957-ci ildə inşa olunmuş köhnə tikilini əvəzləyir. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarətdir. Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bununla da sahibkarlarımızın Rusiyaya yük daşınmasına sərf etdikləri vaxt kifayət qədər azalacaq. Bu isə həm xərclərin azalmasına, həm də ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bundan başqa, çayın hər iki tərəfində qohumluq əlaqələri olan insanlar yaşadığından körpü həm də böyük sosial əhəmiyyətə malikdir.

Regionlarda yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artır

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq, yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Yol infrastrukturunun daha da təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir. O cümlədən, Agentlik bu çərçivədə Kürdəmir rayonunda 3 yol infrastrukturu layihəsini icra edib. Layihələr Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarını əhatə etməklə 85.2 km uzunluğa malikdir və 20 minə yaxın vətəndaşın yaşadığı 8 yaşayış məntəqəsini əhatə edir. Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub. Sözügedən avtomobil yolları boyu zəruri olan hissələrdfə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yolun genişləndirilməsi, qaldırılması və profilə salınması ilə yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri qum-çınqıl, üst layının optimal-qırmadaş qarışığı ilə aparılıb. Yolların böyük hissəsi torpaq örtüklü olduğu üçün bu ərazilərdə tikinti norma və qaydalarına uyğun olaraq, yeni yolun inşası işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq, ərazilərdə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının, daha sonra isə xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa edilib. Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.



Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb, ərazidə əhalinin sosial həyatına müsbət təsir edən kənd təsərrüfatının inkişafı sürətlənib.

Əlbəttə ki, bu sadalananlar Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2019-cu il ərzində göstərdiyi səmərəli fəaliyyəti əks etdirən işlərin sadəcə az bir hissəsidir. Əminliklə demək olar ki, üzümüzə gələn yeni, 2020-ci ildə də Agentliyin kollektivi dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin səmərəli şəkildə icrasının təmin olunmasında yaxından iştirak edəcək və bu işdə hər zaman olduğu xalqımıza öz dəyərli tövhələrini təqdim edəcəklər.

Biz isə hörmətli Saleh müəllimi və onun rəhbərliyi altında çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bütün əməkdaşlarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu kollektivə yeni ildə yeni-yeni uğur və nailiyyətlər diləyirik!




aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024