İlham Əliyevə ən çox şikayət edən vətəndaşlar – SİYAHI
Tarix: 12-02-2016 | Saat: 11:28
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Ən çox “səy göstərənlərin” sayı açıqlandı.
Təkrar müraciətlərin sayının çox olmasının digər səbəbi isə bu işdə “səy göstərən” vətəndaşlardır və onlar ötən il də fəal olmuşlar.
Onlardan bəziləri müntəzəm və çox vaxt da əsassız müraciətlər yazmaqda davam edir və bu ənənəni neçə ildir ki, qoruyub saxlayırlar.
Aia.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov yeni məqaləsində bildirib.
Buna misal olaraq, Binəqədidən Roza Hümbətova və Zərbani Ağayevanı, Xətaidən Elman Heydərovu, Qönçə Səmədovanı, Nərimanovdan Kamran Rəcəbovu və Rəşad Səlimlini,Nəsimidən Sevda Hüseynova və Oqtay Əliyevi, Sabunçudan Olqa Smolyaninovanı,Səbaildən Akif Əliyev və Alya Təmrazovanı, Yasamaldan Sevda Süleymanova, Yelena Yusifova, Emil Qasımov və Susanna İslamzadəni, Lənkərandan Nazim Məmmədovu,Mingəçevirdən Kifayət Məmmədovanı, Abşerondan Tural Əhmədov və Lətifə Zeynəddinovanı, Ağdamdan Rövşən Şıxıyevi misal göstərmək olar.
Bundan başqa, Biləsuvardan Şəhla Məmmədovanı,Goranboydan Qinyaz Süleymanov, Tofiq Həsənzadə və Fəxrəddin Həsənovu, KürdəmirdənSaməddin Süleymanov və Rüstəm Rəsulovu, Laçından Xanlar Tarıverdiyevi, Lerikdən Fərman Rəhimovu, Masallıdan Şahid Əliyev, Nərgiz Əmirovanı və başqalarını göstərmək olar.
“Adları çəkilən şəxslər Prezident Administrasiyasında müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən dəfələrlə qəbul olunub və onlara lazımi izahat verilib.
Ümumiyyətlə, təkrar müraciətlərdən danışarkən qeyd etməliyik ki, onların böyük əksəriyyəti məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, sahibkarlıq, mənzil və məişət məsələləri barəsindədir. Belə müraciətlərin olmaması üçün əsas vasitə vətəndaşın xahiş və ya tələbinin hüquqi cəhətdən nə dərəcədə doğru olduğunu ona lazımınca izah etməkdir”, - deyə Administrasiyanın rəsmisi qeyd edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024