Mobil versiya
İrem Derici “Elektra Hall”da konsert verdi - FOTO
Tarix: 28-12-2019 | Saat: 17:50
Bölmə:Manşet2 / Şou-biznes | çapa göndər

İrem Derici “Elektra Hall”da konsert verdi -


Türkiyənin sevilən ifaçısı İrem Derici Bakıda “Elektra Hall” səhnəsində sevənləri ilə görüşüb.

aia.az xəbər verir ki, bir aydır konsertlərinin anonsları yayımlanan ifaçının gecəsinə minlərlə sevəni toplanıb. Konsertdən öncə isə İrem Derici yerli media nümayəndələri ilə görüş keçirib. O, öncəliklə makiyajı üzərində çalışan dünyaca məşhur stilist Anar Ağakişiyev haqqında danışıb: “Əminliklə söyləyə bilərəm ki, Anar Azərbaycanın bir nömrəli makiyaj ustasıdır. Ya rəbbim, o necə insandır?! Bir saatın içində makiyajı, saçımı hazırladı. Onu sizlərdən oğurlayacam”. Daha sonra isə müğənni türk kişilərindən bezdiyini və azərbaycanlı bir bəylə ailə həyatı qurmaq istədiyini dilə gətirib: Sizin ölkənizdə çox kübar kişilər var. Artıq türklərdən bezmişəm və bir azərbaycanlıyla evlənmək istəyirəm. Aşiq olsam, atamı-anamı tanımaram. Sevgiyə görə, Bakıda yaşaya bilərəm. Əsas onun ağıllı və intellektual olmasıdır. Derici gecə ərzində "Zorun ne sevgilim", "Aşkımız olay olacak", "Tek tabanca", "Acemi balık", "Bazı aşklar yarım kalmalı", "Aşk eşitdir biz", "Kalbimin tek sahibine" və sair kimi mahnılarını ifa edib. İki saat ərzində sevilən mahnılarını ifa edən Dericinin konserti “Kirli Kedi” və “Atlantis” tərəfindən təşkil olunub. Konsertin prodüseri isə Vüqar Azəroğludur.


aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi

5697 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2020