Mobil versiya
“Sarı mətbuat”ın özbaşınalıqlarına son qoyulsun!
Tarix: 28-12-2019 | Saat: 15:22
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Sarı mətbuat”ın özbaşınalıqlarına son qoyulsun!



Söz azadlığı həqiqətən də çox dəyərli nemətdir. Amma hər bir nemət kimi, bu azadlıqdan da düzgün istifadə etməyi bacarmaq lazımdır. Yoxsa, yüksək dəyər verdiyimiz bu nemət son nəticədə ondan yararlanmağa çalışana da, söz sahibinin əleyhinə fikir yürütdüyü insanlara da və hətta Sözün özünə də zərər verə bilər. Əgər kimsə Sözə necə ziyan vurmaq mümkün olduğunu anlamaqda çətinlik çəkirsə, izah edə biələrəm. Heç kim üçün sirr deyil ki, bu gün Azərbaycan mətbuatında heç olmasa orta məktəb şagirdi səviyyəsində inşa yazı yazmaq iqtidarında olmayan “jurnalist”lər, “yazar”lar və hətta “yazıçı-publisist”lər kifayət qədərdir. Belələrinin qələmindən çıxan, orfoqrafik və məna səhvləri ilə zəngin olan, heç bir yazı üslubuna uyuşmayan və məntiqi fikir ifadəsindən məhrum olan “şedevr”lər Sözə - dilimizə və yazımıza vurulan zərbə deyilsə, bəs nədir?

Axtarsan, publisitika sözünün mənasını belə bilməyən bu cür “yazar”ların fəaliyyət kredosu da hər kəsə məlumdur – böhtan, şantaj, qarayaxmalar. Bu günlərdə internetdə bütün bu dediklərimi təsdiqləyən daha bir material yayımlandı. “Youtube” kanalında yayımlanan audiomaterialda internet televiziyası kimi yüksək məsuliyyət tələb edən bir təsisata mənsubluq iddiasında olan bir saytın rəhbərliyi tərəfindən eyni zamanda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və Mətbuat Şurasının əməkdaşı açıq-aşkar təhdid və təhqir olunurlar. Daha dəqiq desəm, yayımlanan səs yazısında dialoq qurmaq mədəniyyətindən tamamilə xəbərsiz, sivil nitq qabiliyyətindən isə məhrum olan bir xanım özünü saytın rəhbəri kimi təqdim edir. Sonra isə bu xanım cəmiyyət içərisində işlədilməsi belə utanc verəcək ifadələrlə həmsöhbətlərini yalan danışmaqda, rüşvət təklif etməkdə və daha nələrdə ittiham etməyə çalışır. Söz ehtiyatı tükəndikdə isə həmin xanıma yanında oturmuş və böyük ehtimalla onu yönləndirən bir bəy köməyinə gəlir. Xanım dönə-dönə təkrar edir ki, əlində dediklərini isbatlayan səs yazısı var. Görəsən bu xanımım qarşı tərəfin icazəsi olmadan bir insanın səsini qeydə almağın qanun pozuntusu oldunu bilirmi?

Nədə ittiham olunur İsmayıllı RİH-nin başçısı? Rüşvət təklif etməkdə? Yayımlanan səs yazısında Mirdaməd Sadıqov (əgər eşidilən səs həqiqətən də ona mənsubdursa) deyir ki, onun jurnalistlərə böyük hörməti var. Əgər icra başçısını ittiham edən xanımın şüurunda hörmət ifadəsi rüşvət anlayışı ilə assosiasiya yaradırsa, bunun təqsiri kimdədir?

İsmayıllıya gəlincə isə düşünürəm ki, bu rayonun sakinləri,ehtiyac yaranarsa, öz problemləri barədə özləri də istər rayon rəhbərliyinə, istərsə də birbaşa ölkə rəhbərliyinə məlumat verməyə qadirdirlər. Hətta bu və ya digər problemi mətbuat vasitəsilə ictimailəşdirmək də tələb olunarsa, şübhəsiz, bunun üçün ismayıllılar ən azından mədəni danışıq qabiliyyəti və cümlə qurmaq bacarığı olan birinə müraciət edə bilərlər.

Yeri gəlmişkən, yaxşı olardı ki, sözügedən saytın rəhbərliyi də belə bir insan tapıb, yayımladıqları videonun altında yerləşdirdikləri qeydə “əl gəzdirməyi” ondan xahiş etsin. Yoxsa “İstehsal etdiyimiz bütün video və audio məhsulları azad yayım hüquqi altında yayır və hər bir digər yayımçı tərəfindən istehsal edilmiş məhsulu məzmunu dəyişdirmədən, loqonu silmədən, ...... az-a istinad etməklə təkrar yaya bilməz” cümləsilə nə demək istədiyiniz çətin anlaşılır.

AİA.AZ
Abbas Abbasov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024