Respublika üzrə bir milyon hektardan çox payızlıq taxılın səpini başa çatdırılıb
Tarix: 28-12-2019 | Saat: 09:34
Bölmə:Ölkə | çapa göndər
Kənd Təsərrüfatı Nazirliyində “2020-ci il üçün pestisid təminatının vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Nazirlikdən aia.az-a verilən məlumata görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxsləri, Aqrar Xidmətlər Agentliyi, elmi-tədqiqat institutlarının nümayəndələri, eləcə də pestisid idxal edən şirkətlərin yerli və xarici mütəxəssisləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev bildirib ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır.
Şöbə müdiri qeyd edib ki, payızlıq taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq ümumilikdə respublikanın əksər rayonlarında taxıl bitkilərinin səpini optimal müddətdə, yəni oktyabr-noyabr ayılarında aparılıb və 2019-cu il 27 dekabr tarixinə 630 min hektarı buğda, 362 min hektarı arpa, 20 min hektarda xəsil olmaqla respublika üzrə bir milyon hektardan çox payızlıq taxılların səpini başa çatdırılıb: “Cari ildə şum və səpinə hazırlıq işlərinə daha erkən başlanılıb, artıq iyul-avqust aylarında 450 min ha sahə şumlanıb, əvvəlki il ilə müqayisədə əkin zamanı gübrələrdən istifadə yüz faiz artaraq 55 min tona çatıb. Növbəli əkinçiliyin aparılmasına üstünlük verilib, taxıl əkinlərində 35-40%-i növbəli əkin sistemindən istifadə olunub. Bununla belə, 2019-cu ilin payızından indiyədək respublikanın əksər ərazilərində müşahidə edilən havaların isti keçməsi, kəskin quraqlıq və suvarma suyunun çatışmazlığı baxmayaraq suvarılan taxıl ərazilərinin 50%-də suvarma aparılıb”.
Rafail Quliyev əlavə edib ki, hər bir təsərrüfat subyektinin, eləcə də fermerin qarşısında əsas vəzifə yüksək məhsul əldə edlməsinə yönəlmiş innovativ texnologiyaların tətbiqi ilə yanaşı, zərərverici və xəstəliklərlə mübarizənin düzgün təşkil edilməsindən ibarətdir. Əkin sahələrindən daha məhsuldar və yüksək keyfiyyətli məhsul almağın əsas məqsəd olduğunu deyən şöbə müdiri vurğulayıb ki, bunun üçün əkin sahələrinə qulluq işləri vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir.
Qeyd olunub ki, payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin optimal müddətdə aparılmasıdır. Çünki, alaqlar mədəni bitkilərin, o cümlədən payızlıq buğdanın məhsuldarlığını aşağı salan amillərdən biridir. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətini də pisləşdirir. Adətən payızlıq taxıl əkinlərində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin havanın temperaturunun 12 dərəcə təşkil etdiyi vaxtda, xüsusilə mart ayında aparılır. Bildirilib ki, bəzi hallarda əkin sahələrinin gec dərmanlanması nəticəsində təsərrüfata ziyan dəyir. Bu baxımdan müşavirədə payızlıq taxıl əkinlərində alaq otlarına qarşı mübarizə tədbirlərinin daha erkən vaxtda aparılmasına imkan verən pestisidlərdən müəyyənləşdirilməsi və tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.
Tədbir iştirakçılarına xəstəlik və zərərvericilərlə mübarizədə yeni pestisidlərdən istifadə, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları, inteqrir mübarizəyə keçidin təməl prinsipləri və yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı ətraflı məlumat verilib.
Müşavirədə son aylarda ölkə ərazisində müşahidə edilən kəskin quraqlıq və suvarma suyunun çatışmaması nəticəsində taxıl sahələrinin suvarılmasında yaranmış çətinliklərin aradan qaldırılması yolları, əkin sahələrinin fitosanitar vəziyyəti, növbəti mərhələlərdə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün pestisid və yemləmə gübrələri ilə təminatın vəziyyəti geniş müzakirə edilib. Müşavirədə çıxış edənlər taxıl əkin sahələrinin fitosanitar vəziyyəti və qarşıda duran işlər, taxıl əkinlərində aparılmış monitorinqlər, həyata keçirilən tədbirlər, çətinliklər və onların həlli yollarına toxunublar.
Tədbirdə qeyd olunub ki, zərərverici və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması ilə bağlı davamlı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə məsləhət və tövsiyələr verilir. Bununla yanaşı, pestisid idxal edən şirkətlərin nümayəndələrinə də kimyəvi mübarizə tədbirləri aparılan bölgələrdə fəaliyyət göstərən kənd təsərrüfatı məhsulu istehsalçıları arasında pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı mütəmadi təlimatlandırma və maarifləndirmə işlərinin aparılması tövsiyə olunub.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb və şirkət nümayəndələrinin sualları ətraflı şəkildə cavablandırılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər