QHT Şəmkirdə tədbir keçirdi
Tarix: 31-10-2019 | Saat: 16:27
Bölmə:Ölkə | çapa göndər
"Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə Oktyabrın 31-də Şəmkir rayonunda tədbir keçirib. "Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı layihə çərçivəsində keçirilən tədbirdə QHT rəhbərləri və region gəncləri iştirak edib. Tədbirdə çıxış edən İctimai Birliyin sədri Etibar Əsəsdov layihə barəsində geniş məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərin sosial sahibkarlıq sahəsi üzrə maarifləndirilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün Gəncə, Şəmkir, Cəlilabad, Masallı, Qusar və Quba rayonlarında tədbirlər keçiriləcək. O, cümlədən layihə çərçivəsində çap olunmuş "Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı kitabça da tədbir iştirakçılarına pulsuz paylanacaq.
Təlimçi Asif Ələsgərli sosial sahibkarlıq və onun yaranması tarixindən danışıb. Bildirib ki, sosial sahibkarlıq ilk dəfə Banqladeş kimi kasıb bir ölkənin vətəndaşı, Nobel sülh mükafatı laureatı olan Muhamməd Yunus tərəfindən yaradılıb. Sosial sahibkarlığın təsisçisi olan M.Yunus həmçinin "Gramer Bank”-ın təsisçisidir.
A.Ələsgərli Azərbaycanda sosial sahibkarlıq məsələsinə toxunub. Bildirib ki, ölkəmizdə bu istiqamətdə davamlı addımlar atılır və bu sahə üzrə göstəricilər il-ildən yaxşılığa doğru dəyişir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər