Lerik – dinamik inkişaf ictimai həyatın bütün sahələrinə sirayət edir
Tarix: 25-12-2019 | Saat: 11:44
Bölmə:Manşet / Ölkə | çapa göndər
Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun əhali ilə keçirdiyi görüşlər bu inkişafın əsasını təşkil edən həlledici amillərdəndir
Tam səmimi olaraq demək olar ki, bu gün respublikamızın ucqar dağ rayonlarından olan Lerik özünün dinamik inkişafı, dolğun ictimai həyatı ilə ölkənin istənilən digər bölgəsi ilə bəhsə girə bilər. Yeni obyektlərin açılışı, beynəlxalq əlaqələrin qurulması və inkişafı, iqtisadi göstəricilərin və bununla əlaqəli insanların rifah halının yüksəlişi, bir sözlə istənilən bir sahədə leriklilər ötən illərdə olduğu kimi, bu il də bir çox nailiyyətlərə imza atıblar.
Əlil vətəndaşların problemləri hər zaman diqqət mərkəzində saxlanılır
3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə 2019-cu il dekabrın 3-də Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov rayon ərazisində yaşayan bir qrup əlillə görüşüb. Tədbirdə R.Bağırov çıxış edərək bir daha vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daima əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, eləcə də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Şəhid ailələrinə 11 min manat birdəfəlik müavinətin verilməsi cənab Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Həmçinin cənab Prezident tərəfindən bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin məbləğlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar verilir. Son illər bu sahədə Lerikdə də bir sıra işlər həyata keçirilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 16 mənzilli olmaqla iki yaşayış binası tikilmiş, həmçinin fərdi yaşayış evləri inşa olunmuş, eyni zamanda onlara minik avtomobilləri verilmişdir. Cənab Prezidentin tapşırığına əsasən rayonda əlillər üçün hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir. Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri, Böyük Vətən müharibəsi əlilləri, habelə digər kateqoriyadan olan əlillərlə mütəmadi görüşlər keçirilir, onların problemlərinin həllinə diqqət yetirilir. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Görüşdə Qarabağ müharibəsi əlillərindən Bəhlul Rəhimov, Arzuman Nəhmətov, Səhət Vəliməmmədov, Zeynal Aslanov, Üzeyir Məmmədov və digərləri çıxış edərək onlara göstərilən qayğı və diqqəti daim hiss etdiklərini, bunun sayəsində bir çox məsələlərin həll edildiyini, bütün bunlara görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, həmçinin qarşılaşdıqları bir sıra sosial problemlərinin həlli istiqamətində təkliflər səsləndirdilər. Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov çıxış edərək rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə hər il Beynəlxalq Əlillər Günündə əlillərlə görüş keçirilməsini yüksək qiymətləndirdiklərini, qaldırılan məsələlərin bundan sonra da həll ediləcəyinə əmin olduqlarını ifadə etdi. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov görüş iştirakçılarının irəli sürdükləri məsələlərin tezliklə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlarını verib.
Beynəlxalq əlaqələr genişləndirilir
Dekabr ayının 8-də Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti Lerikə dostluq səfərinə gəlib. Buxara vilayət hakiminin müavini Vahid Hiyezovun, vilayət mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotovun, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətinin Lerik Rayon İcra Hakimiyyətinin binası qarşısında qarşılanma mərasimi olub. Sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və qonaqlar Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında çay sürfəsi arxasında davam edən səmimi söhbət zamanı rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələri, Ümummilli Lider Heydər Əliyevin və Özbəkistan Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səmimi münasibətləri və münasibətlər sayəsində bu dostluğun daim möhkəmlənərək bu gün də davam etdiyini xüsusi vurğulayıb.
Görüş əsnasında rayon icra hakimiyyəti başçısı qonaqlara rayonun tarixi, görməli yerləri, sosial-iqtisadi və mədəni həyatı, turizm potensialı və cənab Prezidentin rayona göstərdiyi xüsusi diqqət və qayğısı ilə rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri və uğurla yerinə yetirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə minnətdarlıq edən qonaqlar belə qarşılıqlı səfərlərin, mədəni mübadilələrin hər iki qardaş xalqı daha da yaxınlaşdıracağına və gələcək əməkdaşlıq üçün geniş imkanlar açacağına əmin olduqlarını bildiriblər.
Vətəndaşların qəbulu yüksək səviyyədə həyata keçirilir
Artıq qeyd olunduğu kimi, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun fəaliyyətində prioritet istiqamətləri müəyyənləşdirən əsas amillərdən biri də vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu məqsədlə RİH başçısı tərəfindən mütəmadi olaraq rayonun kəndlərində səyyar qəbul-görüşlər təşkil olunur. Son belə tədbirlərdən biri də dekabr ayının 13-də rayonun Nüvədi kəndində keçirilib. Təşkil olunmuş səyyar qəbul-görüşdə vətəndaşları salamlayan Rövşən Bağırov bildirib ki, belə görüşlərin keçirilməsinin məqsədi yerlərdə sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. Həmçinin rayon rəhbəri qeyd edbi ki, Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində ölkəmizin digər regionları kimi, Lerik rayonu da ildən-ilə abadlaşdır və inkişaf edir.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Görüşdə kənd sakinləri əsasən içməli su probleminin həllinə, əraziyə qaz xəttinin çəkilişinə, kəndara avtomobil yollarının təmirinə, Brkandul kəndində yeni məktəb binasının və piyada körpüsünü tikintisinə köməklik göstərilməsini xahiş ediblər. Vətəndaşların müraciətlərini tək-tək dinləyən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edib, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Təhsilimiz – gələcəyimizdir
Son illər Lerik rayonunda təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirilir. O cümlədən dekabrın 19-da rayonun Orand kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayon təhsil şöbəsinin rəhbərliyi, təhsil işçiləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə Orand kənd tam orta məktəbinin yeni binasının tikintisi haqqında məlumat verilərək bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 oktyabr tarixli 553 nömrəli Sərəncamı ilə Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün maliyyə vəsaiti ayrılmış, 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə də tikintinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Məktəb binasının tikintisi bu ayın əvvəllərində tam başa çatdırılmışdır. Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva əlamətdar hadisə münasibətilə təhsil işçilərini, məktəbin şagirdlərini təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə ölkəmizin bölgələrində də bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz olunduğunu qeyd etdi. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına daim diqqət və qayğıya göstərilir. Dövlət proqramlarına müvafiq olaraq son 15 ildə Lerik rayonunda 70-dən çox məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir.
Yeni subsidiya mexanizmləri yaradılır
2019-cu il 19 dekabr tarixində Lerik Rayon İcra Hakimiyyətinin akt zalında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun və Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyevin, rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, məhsul istehsalçılarının iştirakı ilə seminar-müşavirə keçirilib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov seminar-müşavirə iştirakçıları adından qonağı salamladı və rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verdi. Bildirdi ki, rayon əhalisi əsasən heyvandarlıqla və əkinçiliklə məşğuldur. Cari ildə 3226,0 ha dənli və dənli paxlalı bitkilər sahəsindən 7079,0 ton, 1422,0 ha kartof sahəsindən 17583,0 ton, 314,0 ha tərəvəz bitkiləri sahəsindən 4032,0 ton məhsul istehsal olunmuşdur. 2019-cu ildə 4194,0 ton ət, 21415,0 ton süd, 7373,0 min ədəd yumurta, 185,3 ton yun, 150 tona yaxın bal istehsal olunmuşdur. Sonra icra hakimiyyətinin başçısı rayon üçün ənənəvi sahələrdən biri olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən və bu sahədə mövcud olan problemlərdən danışdı.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı və Fərmanın icrası ilə bağlı istər respublikada, istərsə də Lerik rayonunda görülmüş işlər barədə ətraflı məlumat verdi. Daha sonra natiq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması barədə məlumat verərək əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannamələrin təqdim olunma mexanizmi barədə geniş izahat verdi.
Qeyd olunan tədbirlərin xronologiyasından da aydın olur ki, bu güm Lerikdə mütərəqqi proseslər həqiqətən də yüksək intensivliyi ilə seçilir. Bütün bunlar isə, rayon rəhbərliyinin yerli sakinlərlə sıx birlikdə göstərdikləri fəaliyyətin nəticəsidir. Təəssüflər olsun ki, bu gün Lerikdə müşahidə olunan bu dinamik inkişaf bəzi insanların qısqanclığına səbəb olur. Nəticədə isə, ölkə mətbuatına aid olan bəzi saytlarda rayon rəhbərliyinə qarşı yönəldilmiş böhtan xarakterli materiallar dərc olunur. Bu xüsusda həmkarlarımıza bildirmək istərdik ki, onlara təqdim olunan məlumatların dürüstlüyünə tam əmin olmadan həmin materialları dərc etməyə tələsməsinlər. Çünki nəticə etibarı ilə, bir nəfərə qarşı edilən haqsız çıxışlarla, bütöv bir rayonun əhalisinin heysiyyatına toxunmaq olar.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər