Mobil versiya
Ətin kiloqramı 11-12, kolbasanın qiyməti isə 5-6 manat - SƏBƏB
Tarix: 25-12-2019 | Saat: 10:35
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ətin kiloqramı 11-12, kolbasanın qiyməti isə 5-6 manat -


Bakı mağazalarının vitrinlərini ən müxtəlif adlarda kolbasa-sosiskalar bürüyüb.

Pravda.az-ın xəbərinə görə, onların kilosu 5-6 manat civarında satılır. Belə məhsulların keyfiyyəti barədə birmənalı fikirlər yoxdur. Tərkibinə fərqli qatqılar əlavə olunduğu söylənir. Kolbasa məhsullarının ucuz olması da sual doğurur.

Ətin kilosu 11-12 manatdır. Mal və ya toyuq ətinin kolbasası isə 5. 50, yaxud 6 manata satışdadır. Bu da istər-istəməz yerli kolbasa məhsullarına şübhələr yaradır.

Çünki dəfələrlə tərkibinə at, eşşək, ölü və xəstə heyvan əti vurulan kolbasa məmulatları müvafiq orqanlar tərəfindən aşkarlanıb.

Məsələn, Bakıda yerləşən Belarus, Litva və zoopark yaxınlığındakı Rusiya mağazalarında keyfiyyətli, bahalı kolbasa-sosiskalar məhsulları satılır.

Onların qiyməti müqayisə oluna bilməz. Yəni ucuz kolbasa Litva mağazasında 20 manatdan yuxarıdır. Zooparkın yaxınlığındakı mağazada isə kolbasa məhsullarının qiyməti 50-60 manat arasıdır.

Mağazalarda satıcılardan öyrəndik ki, müştəriləri bir neçə firmaya üstünlük verir. Reklam üçün onların adlarını çəkməsək də, həmin şirkətlərə də inam tam yoxdur.

Dəfələrlə həmin şirkətlərin məhsulları ilə bağlı neqativ faktlar üzə çıxıb. Satıcılar deyirlər ki, əksər müştərilər tərkibində donuz piyi olmayan halal kolbasa axtarışındadırlar. Amma “Halal” sertifikatı almış bir çox firmaların məhsullarının halal olmadığı üzə çıxıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib.

Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.

Hazırda kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir.

Bu kütləyə onu “ət”ə bənzətmək üçün küllimiqdarda kimyəvi maddələr də əlavə olunur. Kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır.

Bu yaxınlarda isə Stokholmda keçirilən elmi konfransda İsveç alimləri dünyanı şoka salan təkliflə çıxış etdilər və bir çox alimlər onları dəstəkləyir. Onlar elmi tədqiqatlarla sübut ediblər ki, insan meyitinin əti və qanı qida üçün yararlıdır, yeyilə bilər, heç bir zərəri yoxdur.

İspaniyalı Teruel Raul isə insan qanından kolbasa icad edib. Belə ki, hər bir insan öz qanından 40 ml götürməklə bu kolbasanı hazırlaya bilər. “Bu kolbasanı dadanlar etiraf edib ki, o çox dadlıdır. Hesab edirəm ki, insanlar da canlı olduğu üçün bu kolbasa heyvən tərkibli hesab olunmalıdır. Çünki qan qandır. Kolbasada heyvan əti istifadə edilmədiyi üçün onu vegeterianlar da yeyə bilər” - deyə, o bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əmtəə bazarında olan bütün qidaların təhlükəsizliyini yoxlayır: “Lakin Azərbaycanda istehsal edilən məhsulların keyfiyyətinə nəzarət edən heç bir orqan yoxdur. Hələ ki belə orqan yaradılmayıb. İki il qabaq prezident fərman verib və bu sahə üzrə agentlik yaradılmalıydı. Lakin fərmanın icrası gecikir. Ona görə də istehsal olunan məhsulların keyfiyyətinə nəzarət yoxdur”.

E.Hüseynov qeyd etdi ki, sahibkarlar nəzarət edən orqan olmamasından istifadə edirlər: “Bu vəziyyətdən yararlanıb bazara müxtəlif məhsullar çıxarılır. Hazırda ”Halal" kolbasa mal nişanı ilə bağlı ciddi problemlər var. Hətta xaricdən gətirilən kolbasa məhsullarının üzərinə “halal” nişanı vurub bazara çıxarırlar. Amma bir neçə etibarlı firmanın da olduğunu söyləmək lazımdır".

AİB sədri insan qanından kolbasa hazırlanması barədə dedi ki, süni ətdən kolbasa hazırlana bilir, texnologiya inkişaf etdikcə, heç nə istisna deyil.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024