Mobil versiya
İtaliyan şirkət Neft Emalı Zavodunu yenidən quracaq
Tarix: 11-02-2016 | Saat: 15:39
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

İtaliyan şirkət Neft Emalı Zavodunu yenidən quracaq


Fevralın 11-də SOCAR və İtaliyanın "KT-Kinetics Technology S.p.A” şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb.
-in məlumatına görə, imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, "Maire Technimont Group”un vitse-prezidenti, eyni zamanda "KT-Kinetics Technology S.p.A” şirkətinin İdarə heyətinin sədri və prezidenti Gianni Bardazzi, İtaliyanın Azərbaycan Respublikasındakı səfiri Giampaolo Cutillo və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Rövnəq Abdullayev bildirmişdir ki, Heydər Əliyev adına NEZ-in yenidənqurulması layihəsi hal-hazırda şirkətin həyata keçirdiyi ən vacib layihələrdən biridir. Həyata keçiriləcək yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 milyon tondan 7.5 mln tona artırılması, Katalitik Krekinq qurğusunun gücünün 2 milyon tondan 2.5 milyon tona yüksəldilməsi, bir neçə yeni qurğunun tikilərək istismara verilməsı və zavodda "Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft emalı məhsularının istehsalı nəzərdə tutulur. Zavodun yenidən qurulması planına kükürdün alınması üzrə yeni bir qurğunun inşa edilməsi də daxildir. Bu məqsədlə kükürdün alınması texnologiyası üzrə dünyanın qabaqcıl şirkətlərdən biri olan "KT-Kinetics Technology S.p.A” şirkəti lisenziar olaraq seçilib. Daha sonra müqavilə imzalanıb.

Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən "KT-Kinetics Technology S.p.A” şirkətinin Biznesin inkişafı üzrə meneceri Michele Colozzi imzalayıblar.

İmzalanma mərasimində qeyd olunmuşdur ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması məqsədi ilə Avstriyanın Poerner, Fransanın Axens, İngiltərənin UOP şirkətləri ilə də müqavilə imzalanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024