Mobil versiya
Сinsi azlıqlar Təhsil Nazirliyinə etiraz edir
Tarix: 11-02-2016 | Saat: 14:08
Bölmə:Gündəm / Təhsil / Aia TV / Karusel | çapa göndər


“Birbaşa Azərbaycan Konstitusiya və Cinayət Məcəlləsinə ziddir”.

Azərbaycanda cinsi azlıqları təmsil edən “Nəfəs LGBT Azərbaycan Alyansı” Təhsil Nazirliyindən şikayətçidir.

Aia.az-ın məlumatına görə, təşkilatın iradlarına səbəb Azərbaycan Müəllimlər İnstitutunun Psixologiya fakültəsində tədris olunan “Ailə psixologiyası” adlı dərslikdə homoseksuallıq barədə tibbi əsaslara sığmayan səhvlərin olmasıdır.

“Belə ki, 2015-ci ilin nəşri olan və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilən kitabda homoseksuallıq təhrif olunmuş (qeyri-normal) cinsi meyil pozuntusu, patologiya kimi göstərilib və zoofiliya, pedofiliya, nekrofiliya kimi digər patologiyalarla eyni sıraya qoyulmuşdur. Eyni zamanda bu halın psixopatlarda rast gəlindiyi qeyd edilib. Kitabda homoseksualların xəstə insanlar olması barədə cümlə də yer alır.

“Nəfəs LGBT Azərbaycan Alyansı” 17 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə informasiya sorğusu yollayıb. Sorğu homoseksuallığın rəsmi olaraq Səhiyyə Nazirliyi tərəfindən hansı formada təsbit olunmasını müəyyənləşdirmək məqsədini daşıyır.

Sorğuya göndərilən 22 yanvar 2016-ci il tarixli rəsmi cavaba əsaslanaraq təşkilat bəyan edir ki, Təhsil Nazirliyinin bu nəşri birbaşa Azərbaycan Konstitusiya və Cinayət Məcəlləsinə ziddir”, - deyə, təşkilatdan bildiriblər.

Məlumatda qeyd olunur ki, homoseksuallıq nə Ümumdünya Səhiyyə Təşkilatı, nə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xəstəlik kimi təsnif edilmir.

“Belə olduğu halda sözügedən dərslikdə hansı əsaslarla homoseksuallıq xəstəlik kimi qələmə verilir? Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş kitabda homoseksuallıq “əxlaqi və dini normalara sığışmayan və ağlabatmaz bu cinsi əlaqə forması təbii yolla həyata keçirilən, ulu qüdrətin yol verdiyi əlaqədən tam şəkildə fərqləndiyinə görə mənəviyyatsızlıq” adlandırılır, homoseksuallar barədə nifrət dolu fikirlər səsləndirilir. Psixologiya fənninin dini əsasları rəhbər tutaraq tədris edilməsi yolverilməzdir.

Xəstəlik və cinayət hesab olunmayan bir amilə görə homoseksualların şərəf və ləyaqətlərinin alçaldılması, onların “mənəviyyatsız” adlandırılması özü cinayətdir. Təhsil Nazirliyinin bu nəşri birbaşa Azərbaycan Konstitusiya və Cinayət Məcəlləsinə ziddir.

Təşkilatımız məsələnin ciddi şəkildə araşdırılmasını, Təhsil Nazirliyinin alternativ səhiyyə siyasətini yürütməməsini, dərslikdə gedən böyük xəta ilə bağlı müəllifin təkzib verməsini, elmi məlumatlara zidd olan bu kitabın satışdan və tədrisdən çıxarılmasını tələb edir”, - deyə, “Nəfəs LGBT Azərbaycan Alyansı”ndan bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024