Mobil versiya
Bakı metrosunda havayı internet
Tarix: 11-02-2016 | Saat: 10:40
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbələrdən verilən məlumata görə, Bakı metrosunda pulsuz internet xidmətinin tətbiq edilməsi planlaşdırılır.

Mənbənin məlumatına görə, plana görə, yaxın zamanlarda sərnişinlərə metronun stansiyalarında, eləcə də vaqonlarda pulsuz olaraq WI-FI sisteminə qoşulma imkanının yaradılması nəzərdə tutulur.

Məsələ ilə bağlı sorğunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hazırda metroda pulsuz internet xidmətinin tətbiqi məsələsi gündəmdə deyil və bununla bağlı müzakirələr aparılmır:

"Bu söhbət əslində çoxdan var. Sərnişinlər tərəfindən dəfələrlə pulsuz WI-FI-ın olması istəyi bildirilib. Hətta bəzi provayderlər də metroda belə bir xidmətin yaradılmasını təklif ediblər. Lakin hazırda metroda pulsuz internet məsələsi ilə bağlı konkret heç bir şirkətlə danışıqlar, müzakirələr aparılmır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024