Mobil versiya
İlk Cocuq Mərcanlı avtobus reysi yola düşüb
Tarix: 17-12-2019 | Saat: 10:01
Bölmə:Karusel / Ölkə | çapa göndər

İlk Cocuq Mərcanlı avtobus reysi yola düşüb


İlk Cocuq Mərcanlı avtobus reysi işə salınıb.

aia.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobili Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. O, qeyd edib ki, artıq bir neçə dəqiqə əvvəl Sumqayıtdan Cocuq Mərcanlıya ilk reys yola düşüb.

Xatıraladaq ki, müntəzəm marşrut xətləri Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən fəaliyyət göstərəcək. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq.

"Mingəçevir-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə "Sumqayıt-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024