Astarada torpaq sürüşməsi: Naringi və limon ağacları torpaq altında qaldı
Tarix: 17-12-2019 | Saat: 09:41
Bölmə:Karusel / Ölkə | çapa göndər
Astarada intensiv yağan yağıntılar torpaq sürüşməsinə səbəb olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gündür yağan yağışlar rayonun dağ kəndlərində sürüşmə aktivliyini artırıb.
Sürüşmə nəticəsində sitrus bağlarına ciddi ziyan dəyib. Naringi və limon ağacları torpaq altında qalıb, bəziləri isə qırılaraq aşıb.
Rayonun Miki kənd sakinləri bildirir ki, ailələrin çoxu qazanclarını məhz sitrus bağlarından əldə edir. Torpaq sürüşməsinin son vaxtlar aktivləşməsi onları narahat edir. Digər tərəfdən, evlərə ziyan dəyməsə də, kənd yollarında gediş-gəliş çətinləşib.
Taxtanəkəran-Miki avtomobil yolunun müxtəlif hissələrində torpaq sürüşməsi baş verib. Nəticədə, yolun asfalt örtüyü bir neçə metr uzunluğunda aralanıb və çatlar əmələ gəlib. Hazırda yolun əsas hissəsi çökdüyü üçün avtomobillərin hərkətində də çətinliklər yaranıb.
Qeyd edək ki, rayon mərkəzi ilə Miki kəndi arasında 35 km uzunluğunda olan yolun alternativi yoxdur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər