Mobil versiya
“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini
Tarix: 13-12-2019 | Saat: 10:46
Bölmə:Gündəm | çapa göndər

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” -


"Azərbaycanda sahibkarlığın inkişafına xüsusi önəm verilir, bu istiqamətdə işlər görülür. Ölkə iqtisadiyyatında regionların inkişafına böyük diqqət ayrılır və regional iqtisadiyyatın inkişaf etdirilməsi vacibdir. Bu çərçivədə qadın sahibkarlığının inkişafına da böyük önəm verilir".

Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qadın sahibkarlar üçün akselerator proqramının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, dövlətin siyasətində, iqtisadi, sosial siyasətdə qadınlara böyük önəm verilir.

"Son illərdə iqtisadi fəallığın dəstəklənməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Qadınları təmsil edən birliklər, təşkilatlar qadın sahibkarları narahat edən məsələləri ictimailəşdirə bilirlər. Mikro, kiçik və orta biznesin dəstəklənməsi, təşkil olunması ilə bağlı çoxlu qanuncericilik aktları hazırlanıb. Onların bir çoxu qəbul olunub, bir çoxlarının qəbul olunması istiqamətində işlər həyata keçirilir. Qanunvericilik bazası önəmlidir ki, hər bir sahədə iştirak edən sahibkarlar, xüsusilə qadın sahibkarlar bilsin ki, dövlətin siyasəti nədən ibarətdir, dövlət bu prosesləri neçə yönəldir və hansı dəstək, təşviq mexanizmləri var".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024