Mobil versiya
Xələf Xələfov Gürcüstanla sərhəddəki insidentə münasibət bildirib
Tarix: 12-12-2019 | Saat: 12:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xələf Xələfov Gürcüstanla sərhəddəki insidentə münasibət bildirib



"Bilirsiniz belə insidentlər olur. Onlar təxribat xarakterli deyil. Ola bilsin ki, müəyyən səhvlərdən belə hadisələr baş verir".
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov Gürcüstanla sərhəddə baş verən son hadisəyə münasibət bildirərkən deyib.

Nazir müavini bildirib ki, belə insidentlər adətən sərhəd xidmətləri arasında keçirilən görüşlər və təmaslar vasitəsilə həll olunur: "Ona görə də bu, dövlətlərarası səviyyədə müzakirə olunan məsələ deyil".

Qeyd edək ki, dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Ceyrançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində bir nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi müşahidə olunub. Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib.

Sərhəd naryadı həyatına təhlükə yaran­ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edilib. Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olmasını aşkar edilib.

Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös­tə­rilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Ha­zırda səhhəti qənaətbəxşdir. Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş, onun Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş­dirilib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunmuş, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril­ib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024