Yeni bitki sortlarının yaradılması ərzaq təhlükəsizliyi konsepsiyasının vacib tərkib hissəsidir
Tarix: 12-12-2019 | Saat: 09:56
Bölmə:Manşet / Ölkə | çapa göndər
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun səmərəli fəaliyyəti ölkəmizdə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu 1950-ci ilin oktyabr ayından fəaliyyət göstərir. SSRİ Nazirlər Sovetinin 27 aprel 1956-cı il tarixli 222 saylı “Kənd təsərrüfatı üzrə elmi-tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmaqla Tərtərdə Azərbaycan Dövlət Seleksiya stansiyasının bazasında Əkinçilik İnstitutu yaradıldı. Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 4 aprel 1988-ci il tarixli 321 saylı əmrinə əsasən Azərbaycan ET Əkinçilik İnstitutu respublikada aqrar sənaye kompleksinin Elmi Təminat Mərkəzinə çevrilmişdir.
Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və respublikada toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirinin 16 avqust 1993-cü il tarixli 263 K saylı əmrinə əsasən Əkinçilik İnstitutunun bazasında "Elit" Elm İstehsalat Birliyi yaradılmışdır.
İnstitut 2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin kənd təsərrüfatında elmi, elmi-texniki proqramların respublikada aparılan islahatlara və yeni iqtisadi münasibətlərə uyğunlaşdırılması, bu sahədə paralelçiliyin və pərakəndəliyin aradan qaldırılması, elmi işlərdə vahid strateji məqsədlərin formalaşması, alınan elmi nəticələrin istehsalatda tətbiqinin daha da yaxşılaşdırılması haqqında 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin sturukturasına daxildir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 nömrəli qərarına əsasən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-ci il 30 oktyabr tarixli 110 nömrəli əmri ilə Əkinçilik ET İnstitutunun yeni strukturu təsdiqlənmişdir. Bu baxımdan Əkinçilik ET İnstitutunun yenilənmiş strukturuna 9 şöbə, 5 laboratoriya daxildir.
İnstitutun struktur tərkibində elmi-istehsalat xarakterli tədqiqat işlərinin aparılması məqsədilə 11 təcrübə bazası, o cümlədən 4 bölgə təcrübə stansiyası (Tərtər BTS, Qobustan BTS, Zaqatala BTS, Cəlilabad BTS), 3 dayaq məntəqəsi (Şəki DM (taxılçılıq istiqamətli), Şəki DM (yemçilik istiqamətli), Gədəbəy DM), 1 təcrübə sınaq stansiyası (Kürdəmir TSS) və 3 yardımçı təcrübə təsərrüfatı (Ağstafa YTT, Abşeron YTT (taxılçılıq istiqamətli) və Abşeron YTT (yemçilik istiqamətli) fəaliyyət göstərir. İnstitutda elmi və müdafiə şuraları fəaliyyət göstərir. İnstitutda 331 nəfər çalışır, onlardan 118-i elmi işçi, o cümlədən 5-i elmlər, 47-i fəlsəfə doktorlarıdır.
2015-ci ildən Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutuna biologiya üzrə fəlsəfə doktoru, dosent Təlai Cavanşir Mütəllib oğlu rəhbərlik edir.
Qısa arayış:
Təlai Cavanşir Mütəllib oğlu 1963-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsində təhsil almışdır. 1987-ci ildə təyinatla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna gəlmiş və burada da ilk elmi fəaliyyətinə başlamışdır. 1990-1992-ci illərdə aspiranturada təhsilini başa vurduqdan sonra Əkinçilik ET İnstitunun “Bitki fiziologiyası” şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildə “Bitki fiziologiyası” ixtisası üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür. C.M.Təlai 2000-2009-cu illərdə Əkinçilik ET İntitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2009-2015-ci illər aralığında direktor vəzifəsi ona həvalə edilmişdir. 2015-ci il 15 iyul tarixindən isə institutun direktoru vəzifəsində çalışır. Beynəlxalq əməkdaşlıq çərçivəsində 1996-2015-ci illərdə İCARDA, CİMMYT, İCBA və FAO xəttilə müxtəlif beynəlxalq ixtisasartırma kurslarında təhsil almış və sertifikatlara layiq görülmüşdür. 2007-ci il tarixdən etibarən isə “Bitki fiziologiyası” ixtisası üzrə dosent elmi adı almışdır. Əkinçilik İntitutunda işlədiyi müddətdə 24, o cümlədən 14 yumşaq buğda, 5 arpa, 2 qarğıdalı, 1 noxud, 2 mərci və 1 yerfındığı sortlarının həmmüəllifidir. Bunlardan 7 yumşaq buğda, 1 arpa, 1 noxud, 1 mərci və 1 yerfındığı sortları rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir. Hal-hazırda bu sortlar ölkədə geniş əkilir. Bu günə qədər 120-dən artıq elmi əsərin və 5 kitabça və kataloqun müəllifidir. 2009-cu ildən institutun nəzdində fəaliyyət göstərən Elmi Şuranın sədri, 2003-cü ildən isə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ixtisaslaşmış Dissertasiya Şurasının üzvüdür. Həmçinin, “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiya heyətinin üzvü, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Elmi əsərləri məcmuəsi”nin baş redaktorudur. Təlai Cavanşir Mütəllib oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 oktyabr 2015-ci il tarixli kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında sərancamına əsasən kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Təəssüflər olsun ki, son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində Elmi Tədqiqat Əkinçilik İnstitutuna və müəssisənin rəhbərliyinə qarşı cəfəng iddiaların yer aldığı böhtan xarakterli materiallar dərc olunur. Bu kimi antitəbliğat kampaniyalarının kimlərin sifarişi ilə düzənləndiyini bilməsək də, həmin materiallarda yer almış əsassız ittihamlara cavab olaraq İnstitutun bəzi nailiyyətlərini diqqət mərkəzinə çəkmək istərdik. Belə ki, indiyədək Elmi Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları tərəfindən:
Respublikanın müxtəlif bölgələrinə uyğun aparılan kompleks elmi-tədqiqatlar və təcrübi seleksiya işləri nəticəsində müxtəlif kənd təsərrüfatı bitkilərinin 147 sortu yaradılmış və rayonlaşdırılması üçün KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilmişdir;
İnstitutun əldə etdiyi 101 bitki sortu, o cümlədən 33 yumşaq və 16 bərk buğda, 15 arpa, 1 çovdar, 1 vələmir, 1 tritikale, 6 qarğıdalı, 5 noxud, 3 mərci, 1 lobya, 1 lərgə, 2 yer fındığı, 5 tütün, 7 yonca, 1 xaşa, 1 çoban toppuzu, 1 əzgən, 1 güllücə sortu rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlər reyestrinə daxil edilmiş və patentləşmişdir;
İnstitutun fəaliyyəti dövründə bir çox işlər Dövlət Elm və Texnika Komitəsi tərəfindən ixtira kimi qiymətləndirilərək 12 müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklif kimi 9 vəsiqə verilmişdir;
İlk dəfə olaraq Azərbaycanda taxıl əkinlərində resursmühafizəedici texnologiyaların (tirəyə səpin, sıfır becərmə) elmi-praktiki əsasları işlənib hazırlanmış və tətbiq edilmişdir;
İnstitut alimlərinin yaratdığı bir çox bərk buğda sortları (Mirbəşir 50, Qaraqılçıq 2 və s.) öz keyfiyyət göstəricilərinə görə, hətta, dünya standartlarından üstün olmaqla 1981-1989-cu illərdə 11 dəfə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində,19 dəfə respublika, 9 dəfə beynəlxalq sərgilərdə, o, cümlədən, 1982-ci ildə Əlcəzairdə və Anqolanın paytaxtı Luanda şəhərində, 1983-cü ildə Həbəşistanın paytaxtı Əddis-Əbəbə,1984-cü ildə Macarıstanın paytaxtı Budapeşt, 1985-ci ildə isə Hindistanın paytaxtı Dehli şəhərlərində və s. nümayiş etdirilərək dəfələrlə yüksək mükafatlara və medallara layiq görülmüşdür;
İnstitut yaranandan məqsədli aspirantura da daxil olmaqla 400-dən artıq yüksək ixtisaslı elmi kadr hazırlanmış, onların 260 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru adına layiq görülmüşdür;
İnstitutun fəaliyyəti müddətində alimlərin tədqiqat işlərinin nəticələri 60-a yaxın kitab və monoqrafiya, 219 broşura, 3500 məqalə, 38 plakat, 50 buklet, 6 taxıl sortlarının kataloqu və XXIX cildlik elmi əsərlərin məcmuəsində dərc edilmişdir.
P.S.Əgər bütün bu uğur və nailiyyətlər “qara piar” kampaniyasının müəllifləri üçün yetərli deyilsə, bu zaman bəlkə təqdim etdiyimiz siyahıya onların da bu Vətən üçün gördükləri işlərdən bəzilərini əlavə edək..?
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər