Gədəbəy İcra Hakimiyyətinin binası milyonları belə “udur”- Tender adlı müəmma
Tarix: 10-12-2019 | Saat: 15:35
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər
aia.az: Gədəbəy Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlər və bağladığı müqavilələrlə bağlı bir müddət əvvəl ölkə mediasında yazılar tirajlandı. Yazıda qabardılan faktor Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının təmirinə nə az, nə çox 1 milyon manata yaxın dövlət vəsaitinin xərclənməsi idi... Məlumatda qeyd edilirdi ki, "Azərtranss" MMC 933 min 623.8 manatla Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərini həyata keçirəcək. Gədəbəy Rayon İcra Hakimiyyəti və "Azərtranss" arasında bu məqsədlə müqavilə imzalanıb”.
Mövzu ilə bağlı yenixeber.org-a yeni məlumatlar daxil olması səbəbindən bu istiqamətdə gərəkən araşdımaya qərar verdik...
Gizlədilən məlumatlar və cavbsız suallar
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin fəaliyyəti qısa zaman olsa da, mətbu müstəvidə populyarlığı həmkarları ilə müqayisədə heç də az deyil. Hörmətli İbrahim müəllimlə bağlı mediada yazılanlardan xüsusi ilə diqqətçəkən isə özü haqqında məlumatları gizlətməsidir...
“Vikipediyada, hətta icra hakimiyyətinin rəsmi saytında belə İbrahim Mustafayev barədə bir cümlə var: “Mustafayev İbrahim Ənvər oğlu Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib”. Şəkili belə yoxdur….”
Bu faktı səbəbsiz xatırlamadıq. Yuxarıda qeyd etdiyimiz tenderlə bağlı araşdırmalarımızdan belə məlum olur ki, məlumatları gizlətmək, ictiamiyyətə açıq olmamaq da bir icra başçısının idarəetmə prinsipi ola bilərmiş...(?) Əldə etyimiz məlumata görə Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının təmiri üç ay əvvəl-avqust ayında- yuxarıda qeyd etdiyimiz müavilə ilə yekunlaşmır. Gədəbəy Rayon İcra Hakimiyyətinin eyni məqsədlə elan etdiyi növbəti tenderin də qalibi "Azərtranss" MMC olub. Ötən ayın 5-də tərflər arasında bu məqsədlə növbəti 288215 manatlıq müqavilə bağlanıb. Nə qədər təəccüblü olsa da bu həqiqətdir... Gədəbəy Rayon İcra Hakimiyyəti inzibati binanın təmiri üçün üç ay daxilində iki dəfə (Bildiyimiz qədəri ilə iki dəfə, bəlkə də çox. Red.) dövlət vəsaitini xərcləyib. Özü də nə az, nə çox cəmi 1 milyon 300 minə yaxın bir məbləğ...
Bu məbləğlə az qala bir icra hakimiyyətinin binasını tikmək mümkün olardı. Son illərin dünyada və eləcə də ölkəmizdə yaşanan məlum iqtisadi durumu büdcə təşkilatlarının dövlət vəsaitinin xərclənməsində məsuliyyət yükünü artırması sirr deyil. Cənab prezident də bu mövzuya dəfələrlə toxunub və büdcə təşkilatlarına məsələyə həssas yanaşmağı, rəqəmləri şişirtməməyi tələb edib. Sözsüz ki, bunu Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı hörmətli İbrahim Mustafayev də bilməmiş deyil. Bəs elə isə Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının təmirinə bu qədər dövlət vəsaitinin xərclənməsi ilə bağlı suallarımız niyə cavbsız qalır?
Sözügedən məsələ ilə bağlı yenixeber.org olaraq ötən ayın 18-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevə online sorğu ünvanladıq. Təəssüf ki, bu günə qədər sorğumuz cavabsız qalıb. Səbəb bizim üçün də anlaşılmazdır: mətbu sayqısızlıqmı, yazılası cavabın yoxluğumu, yoxsa başqa bir nəsnə?
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda da göstərildiyi kimi, müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır...
Sözügedən qanunda da nəzərdə tutulduğu kimi, bu epizodda Tender Komissiyasını yaratmaqdan tutmuş saysız səlahiyyət və öhdəliklərə malik tərəf kimi Gədəbəy Rayon İcra Hakimiyyəti durur... Bunun başqa adı isə dövlət vəsaiti ilə bağlı məsuliyyət yüküdür.
"Azərtranss" MMC-nə gəldikdə isə bu şirkətlə əlaqə yaratmaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Məlum olan bircə odur ki, "Azərtranss" MMC bir sıra büdcə təşkilatlarının tenderlərinin qalibidir. Böyük məbləğdə tenderlərin qalibi olan bir şirkətin internet üzərindən əlaqə vasitələrinin olmaması isə saysız suallar doğurmaqla, başqa bir yazının mövzusudur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər