Mobil versiya
Saakaşvili: Ukrayna ordusu Rusiyanı zəbt edə bilər
Tarix: 09-02-2016 | Saat: 13:35
Bölmə:Gündəm / Siyasət / Aia TV / Karusel | çapa göndər


“Ukraynalı əsgərlər dünyada ən yüksək ruha malikdirlər”.

Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili ukraynalı əsgərlərin Amerika silahları ilə təmin edildikləri halda, Rusiyanın bütün ərazisini ala biləcəklərini bəyan edib.
Aia.az xəbər verir ki, Saakaşvili bu barədə Ukraynanın “24” telekanalına verdiyi müsahibəsində bildirib.

“Ukrayna ordusunda əsas boşluqlar – köhnəlmiş tank əleyhinə silahlardır. Amma bu silahın müasirləri ABŞ-da var və əgər Amerika bu silahlarla Ukraynanı təmin etsə, daha sonra ilk 50 Rusiya tankı bu silahla partladılsa, o zaman hər şey fərqli olacaq”, - Saakaşvili bildirib.

Onun sözlərinə görə, “Ukraynalı əsgərlər dünyada ən yüksək ruha malikdirlər, lazımi bilik, bacarıq və silahla təmin edilsələr, onlar bütün Rusiyanı ala bilərlər”.

Saakaşvili, bu barədə ona amerikanlardan dərs alan gürcü təlimçilərin bildirdiyini, “onların isə hərbi işdən anladıqlarını” qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024