Horadizdə Bayraq meydanını kim təmir edəcək?
Tarix: 05-12-2019 | Saat: 13:43
Bölmə:Manşet / Ölkə | çapa göndər
Strateji əhəmiyyət kəsb edən bu obyektin təmir-bərpa işlərini özlərinin belə tanınmadıqları, heç bir maddi-texniki bazası olmayan bir şirkətə həvalə edən Füzuli RİH-nin rəhbərliyi suallarımızı cavabsız qoydu
Bu günlərdə əldə etdiyimiz məlumata görə Füzuli Rayon İcra Hakimiyyəti Horadizdə yerləşən Bayraq meydanının təmiri məqsədilə tender keçirib. Həmin tenderi görüləcək işlərə görə xərcləri 196 min manat məbləğində qiymətləndirmiş “CAUCASUS Trade” MMC adlı bir şirkət qazanıb.
Məlum olduğu kimi, bu gün Horadiz böyük strateji əhəmiyyət kəsb edən şəhərlərimizdəndir. Belə ki, cəbhə xəttindən cəmi bir neçə kilometr aralıda yerləşən Horadizdə dislokasiya olunmuş Azərbaycan ordusunun bölmələri həm cəbhə xəttini, həm də İranla olan dövlət sərhədini qoruyurlar. Digər tərəfdən də beynəlxalq qurum və təşkilatların nümayəndələri bölgədə cəbhə xəttində monitorinq keçirmək üçün ilk növbədə məhz buraya gəlirlər. Həmçinin xarici ölkə səfirliklərinin təmsilçiləri və ümumiyyətlə xarici qonaqlar da Horadizə tez-tez səfər edirlər. Bütün bunlar isə aydındır ki, burada yerləşən Bayraq meydanının da əhəmiyyətini birə-beş artırır. Yəni məhz burada, cəbhə xəttinin yaxınlığında müqəddəs Bayrağımız daha möhtəşəm görünməlidir.
Elə bu səbəbdən də dünən, Horadizdə Bayraq meydanının təmir olunması ilə bağlı keçirilmiş tenderin nəticələrinə dair məlumatı aldıqdan sonra, bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə sorğu göndərdik. Sorğumuza cavab olaraq, özünü Füzuli RİH-nin İqtisadiyyat şöbəsinin Zaur adlı əməkdaşı kimi təqdim edən bir nəfər bizimlə telefon əlaqəsi saxladı. Zaur müəllim suallarımıza cavab olaraq bildirdi ki, tender elektron formatda və son dərəcə obyektiv şəraitdə keçirilib. Bu qədər...
Yəni bizim tenderdə cəmi neçə şirkətin iştirak etdiyinə, qalib şirkətin buna qədər hansı əhəmiyyətli obyektlərdə təmir-tikinti işləri apardığına, nə zaman təsis edildiyinə və hansı maddi-texniki bazaya malik olduğuna dair suallarımıza Zaur müəllim cavab verə bilmədi. Həmçinin “CAUCASUS Trade” MMC barədə özümüzün internet üzərindən apardığımız araşdırmalar da bir nəticə vermədi. Şirkətin gördüyü hansısa işlərə dair heç bir məlumat tapılmadı. Böyük ehtimalla, dəbdəbəli adına rəğmən, bu MMC də nizamnamə kapitalı 10 manatdan, bütün maddi-texniki bazası bir möhürdən və işçi kollektivi də bir nəfər müdirdən ibarət olan ilğım-şirkətlərdəndir. Və bu MMC-yə Horadizin Bayraq meydanında təmir-bərpa işlərini həvalə etmək görəsən nə dərəcədə məntiqə uyğundur?
P.S. Yeri gəlmişkən, Füzuli RİH-nin rəsmi saytında biz şöbələrin heç birində əməkdaşların siyahısında Zaur adına rast gəlmədik. Həmçinin diqqətimizi cəlb edən daha bir məqam da bu oldu ki, saytda Füzuli RİH-nin başçısı cənab Alı Alıyev barəsində də qətiyyən heç bir məlumat yerləşdirilməyib. Görəsən bu qədər məxfilik hansı məqsədlər naminə gözlənilir?
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər