Mobil versiya
Şəki – meliorativ tədbirlər yüksək səmərəliliklə həyata keçirilir
Tarix: 02-12-2019 | Saat: 16:01
Bölmə:Manşet / Ölkə | çapa göndər

Şəki – meliorativ tədbirlər yüksək səmərəliliklə həyata keçirilir




Sadəddin Əhmədovun rəhbərlik etdiyi Şəki Suvarma Sistemləri İdarəsinin kollektivi təsərrüfatlarda maksimum məhsuldarlığın təmin olunması yönümündə üzərilərinə düşən vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlir

Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Uzun illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır.

Su ehtiyatlarının idarə olunması yüksək peşəkarlıq və məsuliyyət tələb edir



Məlum olduğu kimi, bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Ötən illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Bu sahənin inkişafı və təkmilləşdirilməsinə uyğun olaraq idarəetmə formaları da ildən-ilə dəyişmişdir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri cənab Əhməd Əhmədzadənin rəhbərliyi altında qurumun son 14 ildə göstərdiyi fəaliyyəti həqiqətən də iri miqyasları ilə diqqəti cəlb edir. Təbii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Etiraf olunmalıdır ki, aqrar təsərrüfatlarda yüksək məhsuldarlığın əldə olunması yönümündə əsas məsuliyyəti daşıyan qurumlar arasında məhz suvarma sistemləri idarələrinin fəaliyyəti daha çox diqqəti cəlb edir. Belə qurumlardan biri də Sadəddin Əhmədovun rəhbərlik etdiyi Şəki Suvarma Sistemləri İdarəsidir.

Kənd təsərrüfatında yüksək göstəricilər təmin edilib



Qeyd etmək lazımdır ki, Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. Rayonun kənd təsərrüfatının əsas sahələrindən birini taxılçılıq təşkil edir. Statistik məlumatlara əsasən cari ilin 6 ayı ərzində rayon ərazisində taxıl istehsalçıları tərəfindən ötən iln payızında əkilmiş 66939 hektar taxıl sahəsində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün tərəfimizdən zəruri tədbirlər görülmüşdür. Bu il rayonda 235 min 198 ton taxıl istehsal olunmuş, orta məhsuldarlıq 34.6 sentner təşkil etmişdir ki, bu rayonun taxılçılıq tarixində ən yüksək göstərici hesab olunur. Həmçinin bu dövrdə rayonda 5022 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir. Yazlıq əkinlərə yüksək səviyyədə aqrotexniki qulluq göstərilmiş və sahələrdə bol məhsul yetişmişdir. Rayonda kənd təsərrüfatı işlərinin müasir səviyyədə qurulması, məhsul istehsalının artırılması, kənd təsərrüfatı istehsalçılarının maraqlarının müdafiəsi məqsədilə şəhər icra hakimiyyəti tərəfindən zəruri tədbirlər həyata keçirilir. Həmçinin Şəki rayonu üçün spesifik hesab edilən baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafının təmin edilməsi istiqamətində ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün geniş iş aparılır.

Suvarma Sistemləri İdarəsinin fəaliyyəti günün tələblərinə uyğun qurulub



Təbii ki, bütün bu nailiyyətlərin əldə olunmasında Sadəddin Əhmədovun rəhbərlik etdiyi Şəki Suvarma Sistemləri İdarəsinin kollektivinin də əməyi böyük olmuşdur. Redaksiyamıza təqdim olunan məlumatlara görə, idarə öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Məlumatlarda vurğulanır ki, İdarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir. Şəki Suvarma Sistemləri İdarəsi daşqın və sel sularına qarşı mübarizə tədbirlərini də uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri idarənin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə Şəki Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

Əminliklə demək olar ki, Şəki Suvarma Sistemləri İdarəsinin kollektivi bundan sonra da Sadəddin Əhmədovun rəhbərliyi altında öz yaradıcı, fədakar əməyi ilə təkcə fəaliyyətdə olduğu bölgənin geyil, həm də bütünlükdə doğma Azərbaycanımızın inkişafına dəyərli tövhələrini verməkdə davam edəcəkdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024