Yollarımızdakı “canlı ölülər” - At-araba nəqliyyatına qayıdaq?
Tarix: 28-11-2019 | Saat: 12:04
Bölmə:Ölkə | çapa göndər
2018-ci ilin yekununa əsasən, ölkəmizdə 1 milyon 170 min 672 ədəd minik avtomobili qeydiyyatda olub. Onların təxminən 76,6 %-i (896307 ədəd) 10 ildən çoxdur ki, istifadə edilir.
Azvision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, ən acınacaqlı məqam həmin avtomobillərin təxminən 42,2 %-nin (482112 ədəd) sovet dövrünün marka və modelləri (Zaporojets, Oka, VAZ-ın köhnə modelləri, QAZ, UAZ və s.) olmasıdır:
"Hələ bura Avropa Asiya, ABŞ, istehsalı olsa da, 1980-90-cı illərin avtomobillərini əlavə etsək, lap qorxunc olar. Məncə, yol hərəkəti təhlükəsizliyi baxımından bunu şərh etməyə ehtiyac yoxdur, çünki vəziyyət təxminən belədir: “metallom” üzərində şütüyürük. Son 3-4 ildə avtomobil idaxlı ilə bağlı maliyyə-gömrük siyasətindən və Dövlət Gömrük Komitəsinin son açıqlamalarından aydın olur ki, ölkəyə avtomobil idxalı şərtləri bir qədər də sərtləşəcək (məsələn, deyilir ki, ili 7-dən artıq olan avtomobillərin idxalı qadağan ediləcək və s.). Özü də az qala heç bir fərq qoyulmadan. Elektromobilər və hibridlər üçün də hər hansı güzəşt və xüsusi təşviqdən söhbət getmir".
Ekspert vurğulayıb ki, bu məsələdə cəmiyyətin mobilliyi nəzərə alınmalıdır: "Yaxşı, tutaq ki, bunu ekoloji, yol hərəkəti və digər təhlükəsizlik məqsədi ilə edirsiniz. Amma cəmiyyətin mobilliyi də təmin olunmalıdır. Axı insanlar indiki dinamik zamanda nəqliyyat ehtiyaclarını ödəməlidirlər. Kimsə deyə bilər ki, buyursunlar, avtobusla hərəkət etsinlər. Onda gəlin avtobus parkımıza baxaq. Yenə də rəqəmlər. 2018-ci ilin yekununa əsasən, ölkəmizdə 30 min 704 ədəd avtobus olub (şəhərlərarası, şəhərdaxili marşrutlarda, ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsində). Onların təxminən 80,2 %-nin (24620 ədəd) yaşı 10 ildən yuxarıdır. Deməli, avtobus parkı lap dəhşət vəziyyətdədir".
Ə.Hüseynov xatırladıb ki, yol hərəkəti təhlükəsizliyinə ciddi qayğı göstərən ölkələr yaşı 10-dan artıq olan avtobusu sərnişindaşımaya buraxmır: "Ötən il sıxılmış qazla işləyənlər istisna olmaqla, avtobuslara da aksiz vergisi tətbiq olundu, dizel və benzin mühərrikli avtobuslar üçün idxal gömrük ödənişləri xeyli artdı. Maraqlı bir sual çıxır: Biz mobilliyimizi necə təmin edək? At-araba nəqliyyatına qayıdaq?...".
Ekspert hesab edir ki, belə yanaşma “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda ortaya qoyulmuş siyasətə aşkar şəkildə ziddir: "Çünki Proqramda əhalinin mobilliyinin təmin olunması, ekoloji cəhətdən təmiz (hibrid, elektromobil və s.) nəqliyyat vasitələrini idxalının və istifadəsinin stimullaşdırılması nəzərdə tutulur. Ona görə də düşünürəm ki, hazırda qüvvədə olan vergi və rüsumlara, idxal şərtlərinə yenidən baxılmalıdır. Xüsusən avtobusların, hibrid və elektromobillərin idxalı xeyli asanlaşdırılmalıdır. Digər daxili yanma mühərrikli avtomobillərin idxalı da rasional şəkildə asanlaşdırılmalıdır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər