Mobil versiya
“Kəlağayım - Şah butam adlı!” inşa müsabiqəsi keçirilib - FOTOLAR
Tarix: 27-11-2019 | Saat: 13:09
Bölmə:Ölkə | çapa göndər

“Kəlağayım - Şah butam adlı!” inşa müsabiqəsi keçirilib



22 noyabr 2019-cu il tarixdə 193 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcək Naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliğilayihəsinin son təlimi və inşa müsabiqəsi keçirilib.

Təlimdə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliğiadlı layihənin təlimçisiVüsal Ömərov,193 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər.

Çıxış edən UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliğiadlı layihənin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələri olan xalçaçılıq sənətinin və kəlağayılarımızın yeniyetmə və gənclər arasında təbliğatını aparmaq, yeniyetmə və gənclərimizi xalçalarımızın və kəlağayılarımızın tarixi və bu günü haqqında maarifləndirməkdən və onların bu istiqamətdə fikir və biliklərinin daha formalaşaraq möhkəmlənməsi üçün rəsm və inşa müsabiqələri təşkil etməkdən ibarətdir. Təlimçi qeyd etdi ki, kəlağayı örtmə ilə əlaqədar da xalqımızın öz qayda-qanunları olmuşdur. Belə ki, gəlinlər ağ, gənc qızlar soğanı, ortayaşlı qadınlar zoğalı və innabı, ahıl və ağbirçəklər üçün isə tündrəngli kəlağayılar münasib sayılmışdır. Yas mərasimlərində isə yaşından asılı olmayaraq, bütün qadınlar qara kəlağayı örtmüşlər. Kəlağayı örtmək səhiyyə-sağlamlıq baxımından da xeyirlidir. Dumana, tüstüyə, toza və ya pis qoxuya rast gəldikdə qadın kəlağayısı ilə üzünü örtməklə bunların nəfəs yoluna daxil olmasının qarşısını alır. Kəlağayıya el-oba arasında rəğbət bəslənməsinin səbəblərindən biri də onun çətin zəhmətlə hasil edilməsidir. Ata-baba ustadların dediklərinə görə, “kəlağayını ərsəyə gətirmək evə təzə gələn gəlinin nazını çəkməkdən ağırdır”. Çünki kəlağayının hazırlanması bir neçə mərhələdən keçməklə uzun zaman tələb edir. Birinci mərhələ kəlağayının sapının istehsalıdır. Kəlağayı üçün çox nazik ipək sap tələb olunur. Bir qram nazik sap 10-12 baramadan alınır. Əvvəlcə kəlağayılıq məhsul dəzgahda toxunur, daha sonra qayçı ilə 150-160 santimetr ölçüdə doğranır. Sonra onu soda qatılmış suda 20-30 dəqiqə qaynadırlar. Kəlağayını 2-3 dəfə soyuq suda yaxalayır, yüngülcə sıxır, asaraq qurudurlar. Qurutduqdan sonra naxışlama işi başlanır.

Sonra təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Sonda layihə çərçivəsində keçirilmiş inşa müsabiqəsində fərglənmiş şagrdlər “Gələcək Naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyi tərəfindən hazırlanmış sertifikatlar və kəlağayılər ilə təltif olunmuşlar.


aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024