Mobil versiya
Sinoptiklər sabaha sulu qar, qar proqnozlaşdırırlar
Tarix: 08-02-2016 | Saat: 13:34
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah paytaxtda mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında fevralın 9-da bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024