Mobil versiya
AYB Sumqayıt bölməsi yeni layihə gerçəkləşdirib - FOTOLAR
Tarix: 26-11-2019 | Saat: 16:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

AYB Sumqayıt bölməsi yeni layihə gerçəkləşdirib




Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birlikdə “Dostluq körpüsü” adlı yeni layihə gerçəkləşdirib.

Azərbaycan və Türkiyənin himni ilə başlayan tədbiri AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin açıb, Azərbaycanla Türkiyə arasında yaranan ədəbi-mədəni əlaqlərdən danışıb. Azərbaycan-İraq Mədəni əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova qonaqları məclis iştirakçılarına təqdim edib.
Qəzetçi, yazar, heykəltaraş Mustafa Taner, Anadolu Sənətçilər Birliyinin rəhbəri Sabit İnce, Almaniyalı iş adamı, sosioloq Yalçın Türkay çıxış edərək şəhərin 70 illik yubileyi ərəfəsində Sumqayıtda olduqlarından məmnunluqlarını bildirib, şəhərlə bağlı xoş arzularını bildirdilər.

Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, “Turan” ədəbi məclisinin sədri Rəfiqə Şəms, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri Qənirə Mehdixanlı, yazıçı-ssenarist, kulturoloq Hafiz İmamnəzərli, N.Gəncəvi adına kitabxana-klubun müdiri Zərnigar Babayeva, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna, Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Etibar Bənnayev, şair Xürrəm Qafanlı, Fəridə Səxavət çıxış edərək bu birliyin, qardaşlığın həm Azərbaycan, həm də Türkiyə üçün çox vacib olduğunu vurğulayıblar.
Türkiyənin ünlü bəstəkarı Ayzer Böyükerin mərhum şair S.Sarvanın “Qarbağlı uşaq” şeirinə bəstələdiyi mahnının videoklipinin və istedadlı şair Fethi Akının “İlin şarkısı” olmuş “Roza” əsərinin nümayişi məclisə başqa bir ovqat bəxş etdi.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024