Marketlərdə tərkibinə donuz dərisi qatılan kolbasalar satılır? - RƏSMİ
Tarix: 26-11-2019 | Saat: 12:20
Bölmə:Manşet / Ölkə | çapa göndər
Ötən gün sosial şəbəkələrdə, bir sıra kütləvi informasiya vasitələrində tərkibində donuz dərisi olan kolbasaların satışı ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub.Ajiotaja səbəb olan məlumatlar insanlarınarahat etməyə başlayıb. Məsələnin bir başqa tərəfi isə həmin məhsulların "Araz” Supermarketlər Şəbəkəsində satılmasının xüsusi qeyd edilməsidir.
Yayılan məlumatlarda "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun da rəyi var. Belə ki, o, mətbuata açıqlamasında bildirib ki, istehlakçılar üçün məlumat standartları müəyyən edilməzsə, əhali tərkibinə nəinki donuz dərisinin, eləcə də, toyuq dərisi və digər heyvanların dərisinində qatıldığı məhsulları yeyəcək.Hələ bu yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğuyazılıb.
Qeyd edək ki, yayılan məlumatlarda adıçəkilən "Araz” Supermarketlər Şəbəkəsi donuz dərisi qatılmış kolbasaların satışı ilə bağlı iddialara rəsmi cavab verib.
"Araz” Supermarketlər Şəbəkəsinin PR meneceri Billurə ƏmirovaOxu.Az-a açıqlamasında bildirib ki, sözügedən kolbasalar yalnız onların marketlərində satılmır:
"Son günlər yayılan məlumatlarda "Araz” Supermarketlər Şəbəkəsinin adının halandırılması bizi narahat edir. Belə ki, sözügedən və bizim də marketlərimizdə satılan Belarusun Vitebsk vilayətində istehsal olunan "Ganna” şirkətinə məxsus "Mortadella” kolbasası toyuq ətindən hazırlanıb.
Eyni zamanda, tərkibində donuz piyi mövcuddur. "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov "Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu olduğunu bildirib. Bir daha qeyd etmək istərdim ki, "Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu xüsusi prosesdən keçiriləndən sonra dad effekti vermək üçün istfadə edilir.
Onu da qeyd edək ki, Səhiyyə Nazirliyinin qadağan etdiyi hər hansısa qatqı maddəsi varsa, belə məhsullarıidxal etmirik.
Bildirmək istərdimki, tərkibində donuz piyi olan bir çox kolbasa çeşidləri var ki, onlar marketdə ayrıca sərgilənir. Hər bir məhsulun isə öz istehlakçısı var. Bu, artıq müştərinin seçiminə bağlıdır.
Bundan əlavə, bildirmək istərdik ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi idxal məhsullarının hər partiyasından nümunə götürür, müvafiq yoxlanışlardan keçir, yalnız bundan sonra satışına icazə verilir. "Araz” Supermarketlər Şəbəkəsi daima müştərilərini keyfiyyətli qida məhsulları ilə təmin etməyə çalışır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər