Nazirlikdən yenilik: Müavinətin təyinatı elektronlaşdırıldı
Tarix: 25-11-2019 | Saat: 17:00
Bölmə:Ölkə | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir e-təyinat sistemi - əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi də hazırlanaraq işə salınıb.
aia.az xəbər verir ki, nazirliyin tabeliyindəki DOST Agentliyində yeni e-sistemin tətbiqi ilə bağlı keçirilən mətbuat konfransında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması proqramından bəhs edib.
O vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Artıq 15 min şəxsə pensiya hüquqları yarandığı gün onların heç bir quruma müraciət etməsinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan e-qaydada pensiya təyinatı aparılıb.
H.Məmişov bildirib ki, bu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün və bu gün isə əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb. Digərləri də ilin sonuna qədər avtomatlaşdırılacaq.
Fond direktoru dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən əlilliyə görə müavinətin məbləğinin orta hesabla 100 faiz artırıldığını da bildirib.
Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov əlilliyin qiymətləndirilməsinin elektron sistem üzərindən aparıldığını, əlilliyə görə müavinət təyinatının da artıq e-qaydada aparılmasına başlandığını deyib. Bu yeni e-sistemin il ərzində təqribən 16 min vətəndaşı əhatə edəcəyini bildirib.
Sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni e- təyinat mexanizminin təqdimatını edib.
Qeyd edilib ki, nazirliyin “Əlillik” altsistemində hər hansı bir şəxsə əlillik dərəcəsi təyin edildikdən sonra bu barədə məlumat “Sosial ödənişlər” altsisteminə ötürülür. “Sosial ödənişlər” altsistemi pensiya hüququ olmayan əlilliyi olan şəxsə avtomatik aylıq müavinət təyin edir. Bu barədə vətəndaşa sms və həmin şəxs üçün ödəniş kartı sifarişi banka göndərilir. Şəxs sms-də qeyd edilmiş bank filialına 15 gün sonra yaxınlaşaraq ödəniş kartını götürür. Şəxsin telefonu olmadıqda 142-Çağrı mərkəzi və ya “e-sosial” internet portalı vasitəsilə, yaxud nazirlik yanında DSMF-nin müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.
Bununla da, əlilliyə görə pensiya təyinatı kimi, əlilliyə görə müavinət təyinatı da elektron qaydada aparılacaq. Bunun üçün vətəndaşın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac yoxdur, həmin müavinət ona avtomatik təyin ediləcək.
Beləliklə, 2019-cu ilin ötən dövründə qurulan dörd növ müavinət və təqaüdün e-təyinatı sistemi - uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı (ildə təqribən 130 min), sağlamlıq imkanları məhdud uşağa aylıq müavinətin təyinatı (ildə təqribən 7,5 min), həmin uşaqlara qulluğa görə Prezidentin təqaüdünün təyinatı (ildə təqribən 7,5 min) və əlilliyə görə aylıq müavinətin təyinatı (ildə təqribən 16 min) e-sistemləri il ərzində təqribən 161 min insanı əhatə edəcək.
Müavinət və təqaüdlərin təyinatının avtomatlaşdırılması tədbirləri başa çatdıqdan sonra isə illik təqribən 180 minədək təyinat vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan, tam elektron şəkildə, proaktiv qaydada həyata keçiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər