Mobil versiya
Flora xanım Röyaya elə söz dedi ki… - Video
Tarix: 08-02-2016 | Saat: 12:23
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər



“ATV Maqzin onlarla” verilişinin bu həftəlik “Hit mahnılar” rubrikasında Elton Hüseynəliyev layiq bildiyi sənətçiləri seçib, xalq artisti Flora Kərimova isə onun seçimi olan sənətçiləri şərh edib.

Aia.az gecce.az-a istinadən xəbər verir ki, Elton 10-cu pilləyə Günay İbrahimlini, 9-cu pilləyə Ramalı, 8-ci pilləyə Zamiqi, 7-ci pilləyə Nadir Qafarzadəni, 6-ci pilləyə Abbas Bağırovu, 5-ci pilləyə Sevda Ələkbərzadəni, 4-cü pilləyə Aygün Kazımovanı, 3-cü pilləyə isə Natavan Həbibini seçib.

Birinci və ikinci pillədə isə fikirlər haçalanıb. Elton birinci pilləyə Röya Ayxanı, ikinci pilləyə isə Brilyant Dadaşovanı layiq görüb. “Paxıl insandır, ona görə sənətini qəbul edə bilmirəm. Yaxşıya yaxşı deyə bilmirsinizsə, sənətkar ola bilmərsiniz. Sənətkar o insandır ki, sözün düzünü deməyi bacarsın" – deyən Elton Brilyant Dadaşova barədə heç də yüksək fikirdə olmadığını nümayiş etdirib.

Flora xanım isə Brilyant Dadaşovanı yüksək qiymətləndirib: “Mən heç var Brilyant xanımı ikinci yerdə görə bilmərəm. O, yeni vokalın təməlini qoyan səsdir”.

Eltonun birinci yerə layiq gördüyü Röya barədə isə Flora Kərimova bunları deyib:

“Röya illərlə gündəmdə ola bilər, amma böyük mənada sənətkar ola bilməz. Röyanın naxışı ondandır ki, mahnıları gözəldir. Gözəl ürəyi var. Amma ürəyi olan sənətkar ola bilməz. Çünki sənətkara texnika lazımdır. Röya eyni tərzdə oxuyur. Röyanın heç bir mahnısı obraz etibarı ilə bir-birindən fərqlənmir”.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə