Mobil versiya
Bakıda faciə: Külək fəhləni binadan atdı
Tarix: 08-02-2016 | Saat: 12:08
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


Prokurorluq cinayət işi başlayıb.

Bakıda tikintidə faciə baş verib.

Aia.az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb.

Tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq ölüb.

İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024