Mobil versiya
Bərdədə səkkiz otaqlı ev yanıb
Tarix: 07-02-2016 | Saat: 15:34
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Bərdədə 8 otaqlı yaşayış evi yanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, yanğın rayonun Əyricə kənd sakini Telman Hüseynovun evində baş verib.

T. Hüseynov APA-ya bildirib ki, yanğın gecəyarısı, hamı yatmış olduğu vaxt baş verib. 460 kv/m-lik ev bütün əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb.

Yanğını söndürən yanğınsöndürənlər hadisənin başvermə səbəbini araşdırır.

Fövqəladə Hallar Nazirliyi də hadisə barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Bərdə rayonunun Əyricə kəndində birmərtəbəli, 8 otaqlı kürsülü evin yanar konstruksiyaları və əşyaları qismən yanıb. Qalan tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024