Mobil versiya
“UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği” adlı layihənin növbəti təlimi keçirilib - FOTOLAR
Tarix: 19-11-2019, 12:55 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

“UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği” adlı layihənin növbəti təlimi keçirilib



13 noyabr 2019-cu il tarixdə 73 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcək Naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği layihəsinin növbəti təlimi keçirilib.

Təlimdə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliğiadlı layihənin təlimçisi Vüsal Ömərov, 73 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər.

Çıxış edən UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliğiadlı layihənin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələri olan xalçaçılıq sənətinin və kəlağayılarımızın yeniyetmə və gənclər arasında təbliğatını aparmaq, yeniyetmə və gənclərimizi xalçalarımızın və kəlağayılarımızın tarixi və bu günü haqqında maarifləndirməkdən və onların bu istiqamətdə fikir və biliklərinin daha formalaşaraq möhkəmlənməsi üçün rəsm və inşa müsabiqələri təşkil etməkdən ibarətdir. Təlimçi qeyd etdi ki, Milli mədəni irsimizin, adət-ənənələrimizin və xalq olaraq xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan xalçalarımızdan və kəlağayımızdan uzaqlaşmağa, onların tarixinə, bu günkü təbliğinə biganə yanaşmağa haqqımız yoxdur. Xalçalarımız və kəlağayımız milli dəyərlərimizdir. Bu gün ölkəmizdə bu milli dəyərlərimizin inkişafı və qorunması prioritet məsələ və vəzifədir. Dövlətimiz bu istiqamətdə görülən işlərə yüksək diqqət və qayğı göstərir. Eyni zamanda, Heydər Əliyev Fondu da bu sahədə çoxşaxəli fəaliyyət göstərib. Bunun nəticəsidir ki, 2010-cu ildə Azərbaycan xalçaları, 2014-cü ildə isə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmışdır.
Sonra təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Sonda təlimdə fəal iştirak edən bir qrup şagird “Gələcək Naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyi tərəfindən hazırlanmış sertifikatlar ilə təltif olunmuşlar.

aia.az








570 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-12-2019
12-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031