Mobil versiya
Cəlilabadda maskalıların oğurladığı gənc tapılıb – ŞOK TƏFƏRRÜAT/FOTO
Tarix: 06-02-2016 | Saat: 18:30
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər



Cəlilabad rayonunda maskalı şəxslər tərəfindən qaçırılan gənc bir gündən sonra yaşadığı ərazinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

"Report"un məlumatına görə, hadisə rayonun Stansiya adlanan ərazidə qeydə alınıb. Belə ki, 20 yaşlı Radil Mirzəyevə naməlum şəxslər hücum edib. Həmin şəxslər tərəfindən döyülərək huşsuz hala düşən R.Mirzəyev yaxınlıqdakı yarımtikilidə bir gün saxlanılıb. Yaşadığı evdən bir qədər aralıda tapılan R.Mirzəyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanadan "Report"a bildirilib ki, Radil Mirzəyev döyülərək bədəninin müxtəlif nayihələrindən xəsarətlər alıb: "Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. O, bədən və baş nahiyəsindən xəsarət alıb. Radil Mirzəyevin baş nahiyəsində iynə izi aşkarlanıb. Xəstə baş nahiyəsinə həmin şəxslər tərəfindən iynə vasitəsilə naməlum maye vurulduğunu bildirir. Həmin mayenin hansı maddə olduğu aparılan ekspertizadan sonra məlum olacaq".

Zərərçəkən Radil Mirzəyev ona hücum edənlərin dörd nəfər maskalı şəxs olduğunu bildirib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Həmin şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024