Şamaxıda zəlzələnin ziyan vurduğu 500 ev təmir olunub
Tarix: 13-11-2019 | Saat: 12:13
Bölmə:Karusel / Ölkə | çapa göndər
Cari ilin əvvəlində Şamaxıda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Artıq Şamaxı rayonunda zəlzələ nəticəsində zərər görən 500-dən çox ev təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
Bu barədə Azvision.az -a açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən iki min ev təmir kateqoriyasına daxil edilib.
“Zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi ilə Fövqəladə Hallar Nazirliyi məşğul olur. İcra Hakimiyyəti isə qəzalı vəziyyətə düşən evlərin təmiri və bərpasını həyata keçirir. Həmin evlərin təmiri yüksək səviyyədə aparılır. 500-dən çox ev artıq təmir olunub və vətəndaşların istifadəsinə verilib. 100-ə yaxın evdə hazırda təmir işləri gedir. Təmir olunan evlər təkcə Şamaxı şəhərində deyil, kənd və qəsəbələrdə də var. Bəzi kəndlərdə işlər yekunlaşmaq üzrədir".
T.Qəniyev qeyd edib ki, cari ilin sonuna qədər bütün evlərdə təmir işləri başa çatdırılacaq.
Qeyd edək ki, fevralın 5-də Şamaxı rayonunda güclü zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər